Yuxarı

Rusiya hücumu zəiflədi - Ukrayna güclənir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya hücumu zəiflədi - Ukrayna güclənir?

Son vaxtlar baş verənlər göstərir ki, Rusiya həqiqətən zəifləyib və bu proses davam edir. Bu, təbliğat yox, real vəziyyətdir. Ukraynanın istifadə etdiyi dronlar Rusiya ordusunun imkanlarını ciddi şəkildə məhdudlaşdırıb, hətta bəzi istiqamətlərdə iflic vəziyyətə salıb. Rusiya isə keyfiyyət yox, daha çox kəmiyyət hesabına nəticə əldə etməyə çalışır.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Rusiya-Ukrayna müharibəsində son vəziyyət haqqında danışarkən deyib.

Ekspert bildirib ki, müasir müharibədə texnologiya həlledici faktora çevrilib və Ukrayna bu sahədə üstünlük əldə edib:

“PUA-lar döyüşlərin gedişatını köklü şəkildə dəyişib və Ukrayna daha az itki ilə daha effektiv nəticələr qazanır. Ukraynanın yerli hərbi sənaye məhsulları da cəbhədə ciddi rol oynayır və bu, ölkənin müqavimətini gücləndirir. Rusiyanın ayrı-ayrı yaşayış məntəqələrini nəzarətə götürməsi ilə bağlı məlumatlara isə ehtiyatla yanaşmaq lazımdır, çünki bu tip xəbərlər xüsusilə 9 May ərəfəsində şişirdilə bilər.

Rusiyanın silah təchizatında da problemlər yaranıb. İran əvvəllər Rusiya üçün mühüm təchizatçılardan biri idi. Lakin hazırda Tehran öz problemləri ilə məşğul olduğundan Moskva bu imkanların bir hissəsindən məhrum olub”.

Ü.Cəfərov vurğulayıb ki, mövcud şəraitdə keyfiyyətli silahlar və yeni nəsil texnologiyalar daha çox üstünlük yaradır:

“Ukraynalı mütəxəssislər fasiləsiz işləyir və bu dinamika davam edərsə, yaxın aylarda balans Ukraynanın xeyrinə daha da dəyişə bilər. Ola bilsin ki, Rusiya da gec-tez reallığı qəbul edib vəziyyətə uyğun qərarlar vermək məcburiyyətində qalsın”.

Tarix
2026.04.28 / 14:10
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla