Yuxarı

İsrail səfirindən Azərbaycanla bağlı açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail səfirindən Azərbaycanla bağlı açıqlama

Ölkələrimiz arasında münasibətlər müxtəlif sahələr üzrə inkişaf edir və yaxın perspektivdə daha yüksək səviyyəyə çatdırılması mümkündür.

Axar.az xəbər verir ki, bunu Azərtac-a açıqlamasında İsrailin Azərbaycandakı səfiri Ronen Kraus deyib.

Diplomat qeyd edib ki, Azərbaycanla İsrail arasında əməkdaşlıq kibertəhlükəsizlik, süni intellekt, turizm, aqrar və su texnologiyaları kimi istiqamətləri əhatə edir.

“Kibertəhlükəsizlik əsas prioritetlərdən biridir. Süni intellekt isə münasibətlərə yeni əlavə olunan sahədir”, – deyə səfir vurğulayıb.

Ronen Kraus turizm sahəsində də müsbət dinamikanı diqqətə çatdırıb. Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycana səfər edən israilli turistlərin sayı təxminən 70 min nəfər olub və bu göstəricinin artacağı gözlənilir.

Səfir həmçinin su resurslarının səmərəli idarə olunmasının xüsusi əhəmiyyət daşıdığını bildirərək, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün potensialın yüksək olduğunu qeyd edib.

Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində təəssüratlarını bölüşən diplomat bölgədə aparılan sürətli bərpa və inkişaf proseslərinin diqqətçəkən olduğunu deyib.

Səfir Laçına ilk səfəri zamanı təbiətin gözəlliyindən, yeni yaşayış məntəqələrindən və sənaye parkında yaradılan məşğulluq imkanlarından təsirləndiyini vurğulayıb.

Tarix
2026.05.02 / 15:25
Müəllif
Axar.az
Digər xəbərlər

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla