Yuxarı

Vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda şirkət təsisçisi və direktoru barəsində olan cinayət işi məhkəməyə göndərilib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhərində fəaliyyət göstərən "Əzizbəy-KM" MMC-nin təsisçisi Fuad Mirzəyevin cəmiyyətin direktoru Akif Bağırovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək onların sifarişi ilə inşa edilmiş yaşayış binasındakı 18 mənzili və 2 qeyri-yaşayış sahəsini aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satmaqla ümumilikdə 1 milyon 43 min 584 manat məbləğində pul vəsaitini ələ keçirmələrində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi başlanaraq istintaq aparılıb.

Onlar iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq dövründə vətəndaşlara dəymiş ziyanın qismən ödətdirilməsi təmin olunub. Hazırda cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Tarix
2014.03.06 / 16:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla