Yuxarı

İran yenə Ermənistanla bağlı “qırmızı xətt”indən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran yenə Ermənistanla bağlı “qırmızı xətt”indən danışdı

İran regiondakı bütün sülh təşəbbüslərini dəstəkləyir və qonşu ölkələrdə sabitliyi öz təhlükəsizliyinin amili kimi görür, eyni zamanda, vəziyyəti yaxından izləyir.

Axar.az xəbər verir ki, bunu İran-Avrasiya Araşdırmaları İnstitutunun (IRAS) direktor müavini və regional təhlükəsizlik üzrə ekspert Armina Arm bu gün keçirilən “İrəvan Dialoqu-2026” beynəlxalq konfransının kənarında bildirib.

Onun sözlərinə görə, illərdir davam edən münaqişədən sonra Ermənistan və Azərbaycan arasında sülhə doğru irəliləyiş müsbət əlamətdir, Tehran hər iki tərəflə daimi əlaqə saxlayır.

“İran üçün əsas qırmızı xətt Ermənistanla tarixi sərhədin qorunmasıdır - o, dəyişməz və təhlükəsiz qalmalıdır”, - deyə o vurğulayıb.

Ekspert deyib ki, İran ənənəvi olaraq qonşuları ilə münasibətlərə böyük əhəmiyyət verir və Ermənistanı ən yaxın tərəfdaşlarından biri kimi görür:

“İkitərəfli əlaqələr həm hökumət, həm də ictimai səviyyədə sabit qalır və müharibədən sonra belə dəyişməyib. İki dövlət arasında heç bir sistemli problem yoxdur. Sülh prosesinə dəstək praqmatikdir. Lakin mövcud sərhədlərin qorunması Tehran üçün vacibdir”.

İran üçün iki əsas şərt vacibdir: sərhədlərin açıq olması və infrastruktur layihələri də daxil olmaqla, ABŞ və İsrailin İran ərazisi yaxınlığında mövcudluğunun qarşısının alınması”.

Qeyd edək ki, sözügedən tədbirdə Azərbaycan nümayəndəsi də iştirak edir.

Tarix
2026.05.05 / 21:48
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla