Yuxarı

Nurçular Azərbaycanda gizli kasetlər yayacaq - Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son zamanlar mediada nurçular barədə xəbərlərin yayılması onları aktiv şəkildə özünümüdafiəyə sövq edir".

Bu sözləri "Axar.az"a adının açıqlanmasını istəməyən türkiyəli hökumət yönümlü köşə yazarlarından biri deyib. Mənbə nurçularla bağlı Azərbaycanda hələ indiyə qədər belə aktivliyin müşahidə olunmadığını bildirib. O, bu addımın Türkiyədə baş verən hadisələrdən sonra önləmə tədbiri kimi görülməsinin vacib olduğunu deyib:

"Azərbaycan kiçik bir ölkədir. Dil və din baxımından yaxınlıq bu ölkədə Gülənçilərin daha aktiv şəkildə özlərinə yer etməsinə səbəb olub. Azərbaycanın iqtisadi cəhətdən inkişafda olması onların burada uğur qazanmasına səbəb olub. Sizə sual verirəm: deyin görüm, onların təklif etdiyi təhsil və yaxud başqa şeylər niyə sizdə ölkədə uğur qazanır?"

Yazar həmçinin son günlər Azərbaycanda qanunverici və ali icra orqanlarında təmsil olunan bəzi şəxslərin adlarının onlarla yanaşı hallanmasının heç də təəccüblü olmadığını qeyd edib. O, təriqətin məhz onlar vasitəsilə hücuma keçəcəyini bildirib:

"Təsəvvür edin ki, getdikləri hər bölgədə, hər ölkədə nurçuların adamları var. Azərbaycanda da belə adamların xüsusilə dövlət idarələrində olması təəccüblü deyil. Sizdə adları hələ də ictimaiyyətə bəlli olmayan kifayət qədər adam var ki, Fətullah Gülənin maliyyəsi ilə fəaliyyət göstərir. Onlar bu dayaqlarını möhkəmlətməklə lazım olduqları zaman öz arzularını çox asan şəkildə həyata keçirəcəklərinə ümid edirlər".

Yazarın sözlərinə görə, nurçuların Azərbaycanda da Türkiyədəki kimi hücuma keçmə ehtimalı böyükdür: "Bir şeyi unutmayın. Hətta ən yaxın adamlarının belə şantaj ediləcək zəif yerləri var. Bu, Türkiyədəki kimi, kassetlər də ola bilər. Bu kassetlər yəqin ki, var, amma onlar hələ zamanını gözləyir. Bəzilərinin isə aldıqları pulun qəbzləri arxivdə saxlanılır. Azərbaycan Türkiyədən bir az fərqlidir. Yəni sizdə hələ də Şərq təfəkkürü daha dominant bir mövqeyə sahibdir. "Mən kişiyəm, mənə hər şey olar" düşüncəsi ilə kassetlərin yayılmasına Azərbaycanda əhəmiyyət verməyə bilərlər. Buna görə düşünürəm ki, intim kassetlər o qədər də uğur gətirməyəcək. Ən çox sənədlərlə, qəbzlərlə lazım olan şəxslər vurulacaq".

Bu kassetlərin harada saxlanılması məsələsinə gəlincə isə jurnalist bunun üçün bir neçə variantın olduğunu bildirib: "Türkiyədə bununla bağlı bir neçə variant var idi. Ən birincisi Pensilvaniya idi. Bu, daha real görünür. İkinci variant isə "Zaman" qəzetidir. Bütün tədqiqatçıların hər biri bu qəzetin arxivində milyonlarla sənəd və görüntülərin olduğunu vurğulayırdılar. Yaxşı, əgər belə deyilsə, o zaman AKP-yə qarşı şok yaradacaq sənədlər haradan çıxırdı?"

Qeyd edək ki, bir az öncə saytımıza açıqlamasında politoloq Ərəstun Oruclu nurçuların Azərbaycanda oturuşmalarına inanmadığını demişdi.

Tarix
2014.03.06 / 22:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla