Yuxarı

Bu, gələcəyimizi böyük risk altına alır - Komitə sədri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, gələcəyimizi böyük risk altına alır - Komitə sədri

Oğlan uşaqlarına verilən üstünlük gələcəyimizi böyük risk altına alır. Əgər demoqrafik balansda qızların hesabına azalma gedirsə, 15-20 ildən sonra cəmiyyətdə qadınların sayı kəskin şəkildə aşağı düşəcək, bu da birbaşa doğumun azalmasına, demoqrafik böhrana gətirib çıxaracaq.

Axar.az xəbər verir ki, bunu Teleqraf-a müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

“Rəsmi statistik göstəricilərə görə, 2025-ci ildə bu nisbət hər 100 qıza 113 oğlan təşkil edib. Halbuki norma 100-ün 105-ə, 106-ya olan nisbətidir. Bu, təkcə narahatlıq doğuran deyil, həm də düşündürücü nəticədir. Biz davranışımızı, münasibətimizi dəyişməliyik.

Ailədə qız uşağının doğulmasına fərqli münasibət ailə içində qadına qarşı psixoloji təzyiqdir. O, öz bətnindəki uşağı qız olduğuna görə məhv etməlidir. Dövlət Komitəsi olaraq biz bu məsələnin həlli üçün çox ciddi qanunvericilik təşəbbüsləri üzərində işləyirik.

Səhiyyə Nazirliyi ilə birgə hazırlanmış “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin tezliklə qəbuluna ehtiyac var. Layihədə dölün cinsinin valideynlərə deyilməsinin məhdudlaşdırılması və cinsə görə dölün kənarlaşdırılmasının qadağan edilməsi, həmçinin onu icra edən həkimin lisenziyasının ləğv olunmasından tutmuş cinayət məsuliyyətinə qədər ciddi cəza sisteminə cəlb olunması nəzərdə tutulur.

Biz mövqeyimizdə çox israrlıyıq, qanunun qısa müddətdə qəbulu ilə bağlı səylərimizi artıracağıq. Mətbuatın üzərinə düşən vəzifə isə bu qanunun qəbuluna mane olan stereotiplərin aradan qaldırılmasına yönəlmiş maarifləndirici məzmunun hazırlanmasıdır.

Dünyaya gəlməli olan bir körpəni cinsinə görə həyatdan məhrum etmək olmaz. Bu nə Allahın, nə dövlətin qanunlarına, nə də insanlıq dəyərlərinə uyğun gəlir”, - o qeyd edib.

Tarix
2026.06.17 / 22:14
Müəllif
Axar.az
Digər xəbərlər

Kreml Türkiyəni bu cür hədələdi – Nə baş verir?

ABŞ İranda elə yerlərə zərbə endirdi ki...

Zakir Həsənov Səlcuq Bayraqdarı qəbul etdi - Foto

Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab

Türkiyənin "Ay Ulduz"u: Pentaqondan 3 dəfə böyük...

Mustafayev Bayraqdarla hərbi əməkdaşlığı müzakirə etdi

Başkənd məsələsindən imtina edə bilmərik - Paşinyan

TRİPP İran üçün yeni imkanlar açacaq - Paşinyan

Rusiyanın 14 gəmisinə zərbə endirildi

Bu gün onların peşə bayramıdır - Tarix təsadüf seçilməyib

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla