Yuxarı

Elmar Məmmədyarov Orabi ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elmar Məmmədyarov Orabi ilə görüşdü

Xarici işlər naziri Elmar Məmmədyarov Misir parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri, keçmiş xarici işləri naziri Məhəmməd Orabi ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Misir arasında ikitərəfli münasibətlərin səviyyəsi, əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. İki ölkə arasında tarixi və ənənəvi dostluq əlaqələrinin olduğunu qeyd olunaraq, bu əlaqələrin daha da gücləndirilməsi üçün birgə səylər göstərilməsinin vacibliyi vurğulanıb.

Məhəmməd Orabi Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun müasir dünyanın ən mühüm çağırış və problemlərinə dair məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətli olduğunu qeyd edib. Tərəflər beynəlxalq təşkilatlar, xüsusilə BMT və İƏT çərçivəsində sıx əməkdaşlıqdan və qarşılıqlı dəstəkdən məmnunluq ifadə ediblər. Həmçinin parlament diplomatiyasının əhəmiyyətinə toxunaraq, bu istiqamətdə də əməkdaşlığın genişləndirilməsi zəruriliyini vurğulayıblar.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı son vəziyyətə dair məlumat verib. O, Misirin münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləməsinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüşdə həmçinin Yaxın Şərq böhranı, miqrasiya problemi, terrorizmə qarşı mübarizə və digər beynəlxalq və regional məsələlər müzakirə olunub.

Tarix
2016.09.30 / 21:04
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla