Yuxarı

Kontreras Azərbaycan haqqında yeni kitab yazır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kontreras Azərbaycan haqqında yeni kitab yazır

ABŞ-ın bir sıra nüfuzlu mətbuat orqanları ilə əməkdaşlıq edən, televiziya və radio kanalları şərhçisi, Xocalı soyqırımına dair ABŞ-da nəşr olunmuş kitabın müəllifi amerikalı jurnalist Raul Loveri Kontreras Azərbaycan haqqında yeni kitab yazır.

V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizə səfərdə olan Raul Loveri Kontreras Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olub. Limandan Axar.az-a bildirilib ki, Raul Loveri Kontreras Bakı Limanının baş direktoru Taleh Ziyadovla görüşüb. Taleh Ziyadov qonağın diqqətinə çatdırıb ki, Ələt qəsəbəsində inşa edilən yeni Bakı limanı və yaxın gələcəkdə yaradılacaq Ələt Azad Ticarət Zonası bütün regionun nəqliyyat və logistika şəbəkəsinə təsir göstərəcək və ölkəmizin istehsal potensialını artıracaq. Bütün bu addımlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin regional "hub"a çevrilməsi istiqamətində apardığı siyasətin bir hissəsidir.

Raul Loveri Kontreras Azərbaycana dair üzərində işləməkdə olduğu növbəti kitab üçün lazımi materialların əldə edilməsi məqsədilə Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanı, onun müasir kompleksinin inşa prosesi ilə yaxından tanış olub. Kitabda bir çox mövzulara toxunan yazıçı həmçinin də Azərbaycanın regionun nəqliyyat mərkəzinə çevrilməsi mövzusuna da geniş yer ayırmaq niyyətindədir.

Tarix
2016.10.02 / 01:26
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla