Yuxarı

Kerrinin Qorbaçova Qarabağ məktubu…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kerrinin Qorbaçova Qarabağ məktubu…

Con Kerri həmin adamdır ki, 1988-ci ildə bir qrup senatrola SSRİ lideri Mixail Qorbaçova məktub yazaraq Dağlıq Qarabağın Ermənistana verilməsini tələb etmişdi.

Bu sözləri Axar.az-a parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Kerrinin Qarabağ bəyanatına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ABŞ dövlət katibi uzun illər öncə də Azərbaycana qarşı ikili münasibət sərgiləyib:

"C.Kerri həmin adamdır ki, 1988-ci ildə bir qrup senatorla SSRİ lideri Mixail Qorbaçova məktub yazaraq, Dağlıq Qarabağın Ermənistana verilməsini tələb etmişdi. Yəqin elə o vaxtdan onun ürəyində bu məsələ qalıbmış.

Təcrübə də onu göstərir ki, indiyə qədər heç bir nəhəng dövlət Qarabağ münqişəsinin həllinə yardımçı ola bilməyib. Nə etmişiksə, öz gücümüzə etmişik. Bundan sonra da belə olacaq.

Conkerrilər nə qədər desələr də, münaqişəni "dondurulmuş" adlandırsalar da, Azərbaycan öz torpaqlarını işğal altında qoymayacaq".

Qeyd edək ki, ABŞ-ın Dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatla çıxış edib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması hazırda mümkün deyil. ABŞ xarici siyasət idarəsinin rəhbəri Azərbaycan və Ermənistan arasında yaranan Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün şəraitin hələlik yaranmadığını deyib:

"Bu gün bir sıra dondurulmuş münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi var ki, onların hazırda nizamlanma mümkünlüyü nəzərdən keçirilmir. Öncə ona görə ki, liderlər buna hazır deyillər".

Tarix
2016.10.03 / 09:00
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Murad Köhnəqalanın ailəsini aldadıb, torpağını ələ keçirdilər

Xocalı soyqırımının qurbanlarının qisası alınıb...

Bayramov Fuad Oqtay və Şamxaradze ilə görüşdü

Fuad Oqtay Bakıda Türk Şəhidliyini ziyarət etdi

Asif Məmmədovun Rusiya vətəndaşlığı ləğv edildi

Prezident estoniyalı həmkarını təbrik etdi

Müşfiq Abbasovun həbsinə bu sözlər səbəb oldu

Milli Məclisin növbəti plenar iclası başladı

Azərbaycan XİN Estoniyanı təbrik etdi

Bu türk ölkəsi Xəzər üçün 2,5 milyon dollar ayırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla