Yuxarı

Ermənistan Azərbaycan generallarını dinləyir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl Müdafiə Nazirliyinin (MN) qərarı ilə cəbhə xəttində zabit və gizirlərin mobil telefondan istifadə etmələrinə qoyulan qadağanın səbəbləri məlum olub.

Səbəb Ermənistan kəşfiyyatının Azərbaycan ordu rəhbərliyini mobil telefonlar vasitəsi ilə dinləməsidir.

"Axar.az" xəbər verir ki, bu məlumatı hərbi ekspert Üzeyir Cəfərov öz Feysbuk səhifəsində yayıb. Hərbi ekspertin yazdığına görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun cəbhə bölgəsində MN-nin rəhbər heyəti, o cümlədən döyüş bölgələrində yerləşən birləşmə və hərbi hissə komandirləri ilə keçirdiyi mühüm müşavirənin tam təfsilatı İrəvanda dinlənilib.

Hərbi ekspert qeyd edir ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan bir qayda olaraq cəbhədəki müşavirənin ən xırda detallarınından xəbər tutaraq Ermənistan prezidenti Serj Sərkisyana məruzə edrb. O da dərhal özünü "ağıllı və tədbirli" göstərmək üçün mətbuat vasitəsilə Azərbaycanı hədələyən bir bəyanat səsləndirir.

Ekspertin fikrinə görə, MN-də mobil telefonlardan istifadə qadağasının qüvvəyə minməsinin səbəbi budur.

Qeyd edək ki, mobil telefondan istifadə məhdudiyyəti artıq bir neçə nazirlikdə tətbiq edilir. ABŞ-ın dünya liderlərini dinlədiyi ilə bağlı qalmaqal təsdiqlənəndən sonra artıq bəzi ölkələr ehtiyat tədbirləri görməyə başlayıblar. Bunlardan biri də rəsmi idarələrdə telefonlardan istifadəyə qoyulan məhdudiyyətlərdir.

Tarix
2014.03.09 / 13:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla