Yuxarı

“Heydər Əliyevə Fyodorovun xahişini çatdırdım...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Heydər Əliyevə Fyodorovun xahişini çatdırdım...”

Heç bir toprpaq mübahisəsi 2 tərəfdən qırağa çıxmamalıdır. Mübahisəni 3-cü tərəfə, kənara çıxarmaq, genişləndirmək yolverilməzdir. Komitə üzvü kimi xahiş edirəm ki, bu kimi hallarda kənaraçıxmalara yol verilməsin. Komitəyə müraciətlər olunub və biz də baxaraq, kimin haqlı və ya haqsız olduğunu biləcəyik.

Modern.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında deputat Fəttah Heydərov regionlardakı mübahisəli torpaqlardan danışarkən deyib.

O bildirib ki, torpaq mübahisələrini yerində həll etmək lazımdır: "Mübahisə uzun zaman davam edəndə şişir və başqa arzu olunmaz hallara gətirib çıxarır. Ona görə də torpaq mübahislərini yerində həll etmək lazımdır ki, ədalətli, haqlı və qanuna uğyun şəkildə öz həllini tapmış olsun. Belə məsələlər hər zaman səbrlə, təmkinlə, haqq və ədalətlə həll olunmalıdır".

Fəttah Heydərov regionlarda mövcud olan torpaq mübahisələrindən çıxış edən zaman maraqlı məqama toxunaraq Heydər Əliyevlə vaxtı ilə bu mövzuda olan söhbətindən danışıb:

"Torpaq Heydər Əliyevin Azərbaycan xalqına olan böyük töhfəsidir. Yaxşı yadıma gəlir ki, neçə illər bundan öncə Moskvada məşhur göz həkimi, oftolmoloq Svyatoslav Nikolayeviç Fyodorovla görüşəndə məndən belə bir xahiş etdi: "Siz Heydər Əliyevə deyin ki, torpaqları camaata pulsuz verməsin, bunun sonra ciddi çətinlikləri yaranacaq".

Mən o zaman Moskvadan Bakıya qayıdanda Fyodorovun xahişini ulu öndərə çatdırdım. Və Heydər Əliyev gözəl bir cavab verdi: "Mən torpaqları xalqa pulsuz verdim, onlar isə özləri bilərlər, qoy verməsinlər.

Ulu öndərin Azərbaycan xalqına və millətinə ən böyük bəxşişi o oldu ki, xalqı mülk, varidat, əmlak sahibi etdi. Çünki sosializmdə insanların şəxsi mülki yox idi. Ona görə də biz belə bir zamanda bunu xatırladyıb bu məsələni ciddi həll etməliyik".

Tarix
2016.10.04 / 15:25
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyan Qafarova ilə İstanbulda görüşə bilər

Bakı narahat oldu, etiraz etdi: haqlıdır - Rus politoloq

Prezident Britaniyanın ticarət elçisini qəbul etdi

63 yaşlı nazirin 30 yaşlı xanımı Bakıda - Foto

Prezident Ksaba Leykonu qəbul etdi

Səfirimizin Paşinyana ermənicə salamı rezonans yaratdı - Video

Putinin fərmanı: Mehdiyevləri “təxliyə” edə bilər?

Əliyevin bu qərarını yüksək qiymətləndirirəm - Paşinyan

Onları Azərbaycan ordusu öldürməyib - Mxitaryan

İrəvan Bakıdan bunu almaq istəyir - Rusiya təşvişə düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla