Yuxarı

General Akif Çovdarovu belə apardılar - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akif Çovdarovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb. Buna səbəb A.Çovdarovun vəkilinin məhkəmədən vaxt istəməsi olub.

Musavat.com-un verdiyi məlumata görə, təqsirləndirilənlərdən Səlim Məmmədovun vəkili Cavid Rzazadə bildirib ki, o, vəsatətlə çıxış edib: "Təqsirləndirilən şəxslər hərbi qulluqçulardır. Onların barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Lakin onlar barəsində işə yalnız Bakı Hərbi Məhkəməsində baxılmalı idi. Biz düşünürük ki, bu, qanunsuzdur. Əgər həbs-qətimkan tədbiri Səbail Rayon Məhkəməsinin qərarı ilə seçilibsə, işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalı idi. İndi bu şəxslər Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs edilibsə, bu, qanunsuzdur. Bununla bağlı vəsatət vermişik. Vəsatət baxılmamış saxlanılıb".

Vəkil onu da qeyd edib ki, məhkəməyə mülki iddia ilə müraciət olunub. C.Rzazadə həmin iddianın Dövlət Təhlükəsizlik Xidməti tərəfindən edildiyini açıqlayıb.

A.Çovdarovun vəkili Kamandar Nəsibov məhkəmədən cinayət işi ilə tanış olmaq üçün vaxt istəyib.

Vəkil C.Rzazadə qeyd edib ki, A.Çovdarov səhhəti ilə bağlı çıxış edərək, cinayət işinin materialları ilə tanış ola bilmədiyini deyib.

Məhkəmə prosesi oktyabrın 19-na təxirə salınıb.

Qeyd edək ki, xüsusi mühafizə altında qorunan general Çovdarov aşağıda izlədiyiniz videogörüntüdəki xüsusi avtomobilin içindədir və o, saxlanıldığı təcridxanaya aparırlır.

Tarix
2016.10.04 / 23:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla