Yuxarı

İtaliya mətbuatı: “Bakıda 40 min erməni yaşayır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İtaliya mətbuatı: “Bakıda 40 min erməni yaşayır”

İtaliyanın nüfuzlu "Il Giornale" qəzetinin xüsusi buraxılışı olan "Gli Occhi della Guerra"da jurnalist Matteo Karnielettonun Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovdan aldığı müsahibə əsasında hazırladığı "Dağlıq Qarabağdan heç vaxt imtina etməyəcəyik" adlı məqaləsi dərc olunub.

Axar.az xəbər verir ki, məqalədə 1992-ci ildə Ermənistan tərəfindən işğal olunmuş Şuşa şəhərinin icra başçısı Bayram Səfərovun işğal zamanı yaşadığı, gördüyü faciələrdən söz açılıb.

Həmçinin, Ermənistan silahlı bölmələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən BMT-nin dörd qətnaməsi xatırladılıb və münaqişənin qeyd olunan qətnamələr əsasında çoxdan həllini tapmalı olduğu bildirilib. Azərbaycanın sülh yolu və diplomatik vasitələrlə münaqişənin həllinə çalışdığı, bununla belə öz ərazilərini geri qaytarmaq üçün digər bütün vasitələrdən istifadə edə biləcəyi də vurğulanıb.

Diqqət çəkən məqamlardan biri də budur ki, məqalədə münaqişənin etnik zəmində baş vermədiyi, hazırda Azərbaycanda 40 min erməninin dinc şəraitdə yaşaması faktının bunu təsdiqlədiyi qeyd olunub.

Tarix
2016.10.06 / 11:10
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla