Yuxarı

İlham Əliyev Yubiley medalı ilə təltif olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Yubiley medalı ilə təltif olundu

Türkiyənin İstanbul şəhərində Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun 5-ci ildönümü ilə bağlı mükafatlandırma mərasimi keçirilib.

"Axar.az" AzərTaca istinadən xəbər verir ki, mərasimdə Fondun təsis edilməsi təşəbbüsünü dəstəklədiyinə və bu qurumun fəaliyyətinə əsaslı töhfələr verdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yubiley medalı ilə təltif olunub.

Tədbirdə çıxış edən Türkiyənin Avropa İttifaqı üzrə nazirinin müavini Ələddin Büyükkaya Fondun Avropa İttifaqı ilə münasibətlərə xüsusi əhəmiyyət verdiyini vurğulayıb. O, fondun fəaliyyətindən söz açaraq bu günədək mədəniyyət, sosial və iqtisadi sahələrdə 300 qədər layihənin icra edildiyini söyləyərək quruma uğurlar arzulayıb.

Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun prezidenti, Türkiyə Böyük Millət Məclisinin deputatı İsmayıl Safi rəhbərlik etdiyi təşkilatın 5 illik fəaliyyəti və gələcək planları haqqında ətraflı məlumat verib. Bildirilib ki, 20 ölkənin təmsil olunduğu fondun əsas məqsədi Xəzər dənizi bölgəsi ilə Qara dəniz ölkələri arasında iqtisadi inkişaf, ətraf mühit, elim, təhsil, mədəni müxtəliflik, tolerantlıq və mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlıq yaratmaqdır. Azərbaycanın qurumdakı fəaliyyətinə toxunan İ. Safi dövlət başçısı İlham Əliyevə xüsusi minnətdarlığını bildirib. O, Əməkdaşlıq və Tərəfdaşlıq üzrə Qara Dəniz və Xəzər Dənizi Fondunun təsis edilməsi təşəbbüsünü dəstəklədiyinə və təşkilatın fəaliyyətinə əsaslı töhfələr verdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fondun Yubley medalı ilə təlfif edildiyini bildirib.

Mərasim bədii hissə ilə davam etdirilib.

Tarix
2014.03.10 / 09:07
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev müharibəni də, sülhü də qazandı - Video

Azərbaycandan sonra Türkiyə də məhdudiyyətləri qaldırdı

Pakistan prezidentindən Azərbaycanla bağlı açıqlama

Bakı və İrəvan arasında tarixi razılaşma... - Fransa XİN

Nikol Paşinyan İlham Əliyevə zəng etdi

Bu tarixə qədər Ermənistan dalanda idi...

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Təşəbbüs Ukraynada idi, lakin Zelenskinin Trampla görüşü...

Gürcüstandakı münaqişənin sülh yolu ilə həlli... – XİN

İlham Əliyevin ikinci qələbəsi: sülhə gedən yol

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla