Yuxarı

ABŞ və Rusiya məhz buna görə üz-üzə qaldı – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Rusiya Suriyada ortaq məxrəcə gəlsə də, son atəşkəsi pozan məhz onların müttəfiqləri arasındakı fikir ayrılıqları oldu.

Bu barədə Axar.az-a politoloq İlqar Vəlizadə açıqlama verib. Ekspert bildirib ki, Suriyada vəziyyəti qəlizləşdirən bölgədə maraqlı oyunçuların sayının çoxluğu və onların prosesdə pərakəndə fəaliyyətidir:

"Amerikanın müttəfiqi olan Suriyadakı müxaliflər və onların arxasında duran qüvvələr məqsədlərinə bölgədəki atəşkəslə çata bilməyəcəklərini düşünürdülər. Rusiyanın müttəfiqləri İran və Əsəd də atəşkəsdən narahat idi. Əslində, ABŞ və Rusiya Suriyada ortaq məxrəcə gəlsə də, son atəşkəsi pozan məhz onların müttəfiqləri arasındakı bu fikir ayrılıqları oldu. İran və Əsəd rejimi öz planlarından əl çəkmədi və nəticədə müxalif qüvvələr onlara əks reaksiya verdi. Əsaslı atəşkəsə nail olmaq üçün bütün tərəflər bir araya gəlməlidir. Bunu BMT-dən başqa təmin edəcək ikinci bir struktur yoxdur. BMT rəsmilərinin müharibənin dayanması üçün Hələbdən müxalif qoşunların çıxarılması ilə bağlı fikirləri təklifdən daha çox çıxılmaz vəziyyətdən xəbər verir. Məhz BMT müəyyən təkliflər hazırlayaraq tərəfləri razılığa gəlməyə məcbur edə bilər. Yalnız bundan sonra Suriya böhranında dönüş nöqtəsi başlayacaq və əsaslı atəşkəs təmin olunacaq".

Tarix
2016.10.08 / 08:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla