Yuxarı

Bayramovdan TRİPP layihəsi ilə bağlı mühüm açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramovdan TRİPP layihəsi ilə bağlı mühüm açıqlama

TRİPP layihəsi bölgə üçün çox əhəmiyyətlidir.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə Bakıda mətbuat üçün brifinqdə deyib.

Nazir deyib ki, Azərbaycan-Ermənistan normallaşma prosesində bir sıra əlavə irəliləyişlər gözlənilir və Vaşinqton sülh sammiti zamanı sənədə daxil edilmiş TRİPP layihəsi bunlardan biridir:

"Bu layihə bölgə üçün çox əhəmiyyətlidir. Azərbaycan tərəfi mütəmadi şəkildə ABŞ tərəfindən bu proseslə bağlı məlumatlar alır. Gözləntimiz 2026-cı ildə 42 km-lik ərazidə fiziki işlərə başlanılmasıdır. Azərbaycan dövləti öz üzərinə düşən bütün işləri sürətli şəkildə həyata keçirir".

O bildirib ki, Naxçıvanda mövcud olan 180 km-ə yaxın dəmiryolu xətti son 30 il ərzində istifadəsiz qalıb:

"Orada da əlavə investisiyaya ehtiyac var və bu sahədə də işlərə başlanılıb. Bundan əlavə, qardaş Türkiyə ərazisindəki Qars-İğdir-Dilucu layihəsi üzrə də inşa işləri həyata keçirilir".

Nazir əlavə edib ki, bütün bu proseslər region üçün olduqca yüksək nəticələr vəd edir:

"Artıq Azərbaycandan Ermənistana neft məhsullarının daşınması mövcuddur. Hesab edirik ki, növbəti mərhələdə ticarət genişlənə də bilər".

C.Bayramov son bir ilə yaxın müddətdə Azərbaycandan Ermənistana 60 min ton yük, həmçinin 20 min ton neft məhsullarının ötürüldüyünü vurğulayıb.

Tarix
2026.08.04 / 14:45
Müəllif
Axar.az
Digər xəbərlər

SOCAR-ın YDM-lərindən istifadə edirəm – ATƏT sədri

ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür...

İranla əlaqəli şəbəkələr onlardan Bakıya qarşı istifadə edir

Bayramov ATƏT sədri ilə görüşdü

Bakı dərhal hərəkətə keçdi, İsrail prosesi dayandırdı

Ermənistanın İrana ərazi iddiası... - Erməni deputat

Türkiyənin olmadığı masada… - Hikmət Hacıyev

ATƏT-in sədri Azərbaycana gəldi - Foto

Türk gəmisi vuruldu: 22 ekipaj üzvü...

Agentlik sədri bu şöbə müdirlərini işdən çıxartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla