Yuxarı

Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir

Almaniya Bundestaqının Nəzarət Komitəsinin sədri Mark Henrixman xüsusi xidmət orqanlarına Rusiya ərazisində əməliyyatlar keçirmək səlahiyyətinin verilməsini planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə “Die Velt” nəşri məlumat yayıb.

Bildirilir ki, Henrixman Almaniyanın kəşfiyyat xidmətlərinə Rusiyanın pilotsuz uçuş aparatları istehsalçılarına qarşı qabaqlayıcı kiberhücumlar həyata keçirmək səlahiyyətinin verilməsini istəyir.

“Gələcəkdə sadəcə məlumat toplamaq artıq kifayət etməyəcək. Ən yaxşı dron heç vaxt havaya qalxmayan və bununla da Almaniyada insanların həyatını təhlükə altına atmayan drondur. Biz həqiqətən də xidmətlərimizə belə imkan verməliyik ki, ideal halda həm Rusiyada yerləşən hücum dronunu, həm də onun istehsal edildiyi zavodu Almaniya hava limanına və ya Almaniyada insanların həyatı və sağlamlığına qarşı istifadə edilməzdən əvvəl iflic edə və sıradan çıxara bilsinlər”, - komitə sədri qeyd edib.

Henrixmannın sözlərinə görə, xüsusi xidmət orqanlarını yenidən qurmaq, ideal halda isə təhlükəni qabaqlamaq lazımdır.

Tarix
2026.08.12 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla