Yuxarı

Gülən: “Alparslan Türkeş məni öldürmək istədi...” - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Jurnalistlər və Yazarlar" Vəqfinin qurucularından olan Lətif Ərdoğan Fətullah Gülənin ona "səni 15 il dinlətdim, haqqını halal et" dediyini bildirib.

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gülənin həyatından bəhs edən "Kiçik Dünyam" adlı kitabın yazarı olan Lətif Ərdoğan "A Xəbər" kanalında bunları deyib:

Gülənin hesabat verdiyi şəxs

"Xocaəfəndinin ABŞ-da qaldığı müddətcə sağlam qərar verməsi mümkün deyil. ABŞ-da hər ölkə üzrə bir cavabdeh var. 20-25 yaşında bir yəhudi uşaq var ki, o da Türkiyəyə cavabdehdir. ABŞ belədir. Xocaəfəndi ABŞ-da qaldığı gündən indiyə kimi onunla əlaqəlidir. Dəfələrlə gedib orada hesab verdiyini öz dilindən eşitmişəm. ABŞ dövlətini idarə edənlərin çoxu yəhudidir. Xocaəfəndinin anti-israil, anti-yəhudi tərzindən danışmağı ABŞ-da qaldığı müddətcə mümkün deyil".

Səni 15 il dinlətdim, halal elə

"Xocaəfəndi mənə "15 ildir səni dinlətdirirəm. Haqqını halal et. Camaatın öndə gələn insanısan, sənin sözlərin hamımızın sözüdür" dedi, mən də güldüm və "özümü daha təhlükəsiz hiss edirəm" dedim. Problem eləmədim. Çünki Xocaəfəndinin hamını dinlətməsi hər kəsə məlumdur. İctimaiyyətə açıqlamasında dəfələrlə deyib: "Ali Baş Qərargahdakı görüşlər hələ prezidentin imzası olmadan birinci mənim qarşıma gəlir".

Türkeş məni öldürdəcək

Gülənin ona "Alparslan Türkeş məni öldürdəcək" dediyini danışan Lətif Ərdoğan baş verənləri bu cür izah edib:

"Xocaəfəndi mənə dedi ki, Alparslan Türkeş öldürülməsi üçün əmr verib. Ancaq Gülənin sözlərinə görə, öldürən şəxs Xocaəfəndinin yanına gəlib, "Türkeş mənə bunu dedi, ancaq sizi öldürə bilmərəm" deyib boynunu qucaqlayıb".

Allah ilə danışdığını demişdi

Ərdoğan Gülənin hər kəsin qarşısında, "Allah mənimlə danışdı. Kainatı Hz.Məhəmməd üçün yaratdım, sənin üçün davam etdirirəm", "mən əsəbləşdiyim zaman bayırda fırtına olar, mən əsəbləşdiyim zaman qasırğa olar" dediyini iddia edib.

Tarix
2014.03.10 / 14:44
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla