Yuxarı

İordaniya mətbuatında Bakı ilə bağlı - Məqalə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İordaniyanın "Uruba" xəbər agentliyində sentyabrın 29-30-da Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumu haqqında məqalə yerləşdirilib.

Axar.az xəbər verir ki, məqalədə forumda 80-ə yaxın ölkədən 400-dən çox nümayəndənin, həmçinin İordaniyanın böyük nümayəndə heyətinin iştirak etdiyi bildirilir.

Eyni zamanda, məqalədə Prezident İlham Əliyev ilə Kral II Abdullah arasındakı şəxsi dostluq münasibətlərinə toxunulub, bu Forumun ikitərəfli əlaqələrin inkişaf etdirilməsində böyük rol oynayacağı vurğulanıb. Yazıda beşinci Bakı Beynəlxalq Humanitar Forumunun Azərbaycanın insan haqlarına verdiyi böyük töhfənin bariz nümunəsi olduğu bildirilir.

Azərbaycanın 2016-cı ildə bir sıra tədbirlərə, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, jurnalistlərin ümumi məsələlərdə səylərinin birləşdirilməsi ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatının Jurnalistlər Assosiasiyasının konfransına ev sahibliyi etməsi vurğulanır.

Məqalədə, V Bakı Beynəlxalq Humanitar Forumu ilə yanaşı, Azərbaycanda keçirilən "ADEX 2016" beynəlxalq müdafiə sərgisindən və İordaniyanın sözügedən sərgidə iştirakından geniş bəhs edilir.

Yazıda Roma Papası Fransiskin Bakıya səfərindən də söhbət açılır. Bildirilir ki, Roma Papası Azərbaycana səfəri zamanı Qafqazda sülhün bərqərar olunmasının, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.

Bununla yanaşı, məqalədə Azərbaycanın son on ildə qazandığı nailiyyətlərdən bəhs edilir.

Tarix
2016.10.10 / 21:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla