Yuxarı

Putin İstanbulda məqsədinə nail oldu – Mühüm səfər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidentinin İstanbula səfərində iki məqsədi var idi: birincisi, enerji mövzusunda beynəlxalq aləmə mesajlar göndərmək, ikincisi, İstanbulda Ərdoğanla mühüm sazişlərə imza atmaq.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Onun sözlərinə görə, Putin hər iki məqsədinə nail oldu:

"Putin son iki ildir ki, Qərb ölkələrinə səfər edə bilmir. Düzdür, Fransa prezidenti bu ay Putini ölkəsinə dəvət edib. Ancaq Putinin Suriya siyasəti, Hələb şəhərinin bombalanması və bunun nəticəsində yaranan humanitar böhran, üstəlik, Rusiyanın BMT TŞ-da Fransanın Suriya ilə bağlı qətnaməsinə veto qoyması Ollandı dilemma qarşısında qoyub. Ancaq Türkiyə Putin üçün istisnadır, onun İstanbula səfəri və Ərdoğanla görüşü son dərəcə səmərəli keçdi. Putinin dünyanın neft və qaz kimi enerji resurslarına hələ çox ehtiyacı olacağını bildirməsi Qərbə mesaj idi. Çünki Qərb ölkələri son illər apardığı elmi tədqiqatları genişləndirir ki, neft və qazdan asılılıqlarını azaltsınlar. Ancaq Putinin sözlərindən çıxan nəticə budur ki, neft və qazı əvəz edəcək alternativ enerji yaxın onilliklərdə effektiv olmayacaq. Avropa ölkələri çətin ki, bu qənaəti bölüşsün".

Politoloq İstanbul Konqresində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakının əhəmiyyətinə də toxunub:

"Rusiya, Türkiyə və Azərbaycan arasındakı əməkdaşlığın genişlənməsi həm bu ölkələrin, həm də bölgənin xeyrinədir. Sadəcə, Ermənistanın Azərbaycana qarşı işğalını davam etdirməsi və Rusiyanın Ermənistan hakimiyyətinə təsir edib ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldımasını sürətləndirməməsi bölgədə sülh və əmin-amanlıq üçün başlıca maneədir.

İlham Əliyev və ya Rəcəb Tayyib Ərdoğan İstanbulda rusiyalı həmkarıyla Dağlıq Qarabağ münaqişəsinin həlli vacibliyi haqqında fikir mübadiləsi aparmadılar. Kremlə aydın olmalıdır ki, Rusiya-Türkiyə-Azərbaycan üçlüyünün siyasi, iqtisadi və hərbi zəmində yaxın inteqrasiyası Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir".

Qeyd edək ki, oktyabrın 10-da Türkiyənin İstanbul şəhərində 23-cü Dünya Enerji Konqresi öz işinə başlayıb. Tədbir oktyabrın 13-dək davam edəcək

Tarix
2016.10.11 / 12:09
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Əskipara qəribə durum: evinin yarısı Azərbaycana düşür - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla