Yuxarı

Mənə elə gəlirdi ki, Bakıda... - Ukraynalı jurnalist

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mənə elə gəlirdi ki, Bakıda... - Ukraynalı jurnalist

Forum siyasi və mədəni həyatın mühüm hadisəsinə çevrildi, çünki bu tədbirdə qaldırılan məsələlər birbaşa bütün bəşəriyyətin yaxın gələcəyinə aiddir.

Axar.az xəbər verir ki, bu sözləri V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş Ukraynanın "Nova xvilya" xəbər agentliyinin baş redaktoru Aleksandr Sergiy bildirib.

Ukraynalı jurnalist görkəmli siyasətçilər, alimlər və ictimai xadimlərdən ibarət forum iştirakçılarının nüfuzlu tərkibini qeyd edib.

A.Sergiyin sözlərinə görə, Bakı forumu müxtəlif ölkələrdən olan nümayəndələrə "dəyirmi masa" çərçivəsində həm formal, həm də qeyri-rəsmi ünsiyyət kimi gözəl imkan yaratdı. Ukraynalı jurnalist vurğulayıb: "Müxtəlif ölkələrdən olan jurnalistlərlə söhbət mənim üçün xüsusilə maraqlı və faydalı idi".

Aleksandr Sergiy Beynəlxalq Humanitar Forum kimi böyük tədbirin yüksək səviyyədə təşkil olduğunu xüsusi qeyd edib.

Bakının onda doğurduğu təəssüratlar barədə sualı cavablandıran xəbər agentliyinin baş redaktoru deyib: "Bu mənim Azərbaycan paytaxtına ilk səfərim idi. Şəhər rahat, firavan təəssürat oyadır. Mənə elə gəlirdi ki, burada dəfələrlə olmuşam".

Ukraynalı jurnalistin sözlərinə görə, Bakıda ənənəvi və müasir memarlığın ahəngdarlıq təşkil etməsi xüsusilə heyrət doğurur. Gözəl botanika bağına bənzəyən Bakı bulvarı, habelə dar küçələri, məscidləri ilə İçərişəhər böyük təəssürat yaradır.

Aleksandr Sergiy sonda deyib: "Bakıya məmnuniyyətlə dönə-dönə gələrəm".

Tarix
2016.10.12 / 00:20
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla