Yuxarı

Yol polisinin törətdiyi qəza ilə bağlı rəsmi açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 9-u axşam saatlarında Bakının mərkəzində 1 nəfərin ölümü, 1 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib. Səbayel rayonu ərazisində, Azadlıq prospektinin Xəqani küçəsi ilə kəsişməsində yol - patrul xidməti avtomobili və " VAZ 2107" markalı maşın toqquşub. Hadisə nəticəsində "VAZ 2107 " - nin sürücüsü, 25 yaşlı Canpolad Fəxrəddin oğlu ağır xəsarət alıb, avtomobildəki sərnişin Nəbi Şakir oğlu Əzizov isə hadisə yerində ölüb.

Qəzaya səbəb kimi, DYP avtomobilinin işıqforun qırmızı işığında hərəkətini davam etdirməsi göstərilir. Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin serjantı, 1987-ci il təvəllüdlü Elnur Dilqəm oğlu Məmmədovun idarə etdiyi 10-YP-374 dövlət nömrə nişanlı "BMW" markalı xidməti avtomobil Xaqani küçəsində başqa bir maşını təqib edirmiş. DYP avtomobili işıqfora çatanda qadağanedici işıq yanmağa başlayıb. Lakin yol polisi əməkdaşı təqib etdiyi maşını gözdən qaçırmamaq üçün işıqforun qırmızı işığında dayanmayıb. Azadlıq prospekti ilə hərəkət edən VAZ-2107-nin sürücüsü isə yaşıl işıqda keçib və yol ayrıcında toqquşma baş verib. Hadisə nəticəsində VAZ-2107-nin sürücüsü, 1989-cu il təvəllüdlü Canpolad Fəxrəddin oğlu Otorod ağır xəsarət alıb, həmin avtomobilin sərnişini Nəbi Şakir oğlu Əzizov isə hadisə yerində ölüb.

Baş verən bu hadisə ilə bağlı, aidiyyatı qurumun münasibətini öyrəndik.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev baş verən hadisənin ciddi araşdırıldığını bildirdi: "Sözsüz ki, bu hadisə iki sürücüdən birinin təqsiri ucbatından baş verib. Hər kəsi əmin edirəm ki, araşdırma obyektiv aparılacaq. Yol-patrulun əməkdaşı günahkardırsa, ilk növbədə, vəzifəsindən azad olunacaq. Sonra isə haqqında qanun çərçivəsində qərar veriləcək. Bununla bağlı, artıq araşdırma başlanılıb. Hansı tərəfdə günah olduğunu indidən söyləmək tezdir. Bunun üçün hadisə baş verən ərazinin işıq sistemi, yol hərəkəti dərindən araşdırılmalıdır. Araşdırma bitəndən sonra, müvafiq qərar veriləcək. Cəzalanmalı olan şəxs cəzalandırılacaq. İndiyə qədər sərnişin ölən maşının sürücüsünün sərxoş olması barədə xəbərlər yayılıb. Biz bunun doğru olmasını deyə bilmərik. Çünki ekspertizanın rəyi yoxdur.İndi onun qan analizləri alınıb. Ekspertin rəyindən sonra, sürücünün sərxoş vəziyyətdə olub-olmaması dəqiqləşəcək ".

Kamran Əliyev hadisə baş verən ərazinin yol-patrul xidməti əməkdaşının nəzarət etdiyi ərazi olub-olmaması ilə bağlı da, fikirlərini dedi: " Təbii ki, hadisə baş verən əraziyə həmin əməkdaşımız nəzarət edirmiş. Bunun haqqında bəzi şübhələr yaranıb. Biz bu araşdırmanı da aparırıq. Yaxın zamanlarda hər kəs bu hadisənin başvermə səbəbi və apardığımız araşdırmanın nəticələrindən xəbər tutacaq". ("Musavat.com")

Tarix
2014.03.10 / 19:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla