Yuxarı

Azərbaycan hakimiyyəti nurçulara qarşı fəaliyyətə başlayıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan hakimiyyəti Fətullah Gülən hərəkatının ölkədə möhkəmlənməsindən narahatdır və bunların qarşısının alınması haqqında düşünür".

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O, artıq hakimiyyətin Fətullah Gülən hərəkatı ilə mübarizəyə başladığını söyləyib. "Bu hərəkatın illeqal fəaliyyəti Türkiyə dövləti üçün bir təhlükə yaradıb. Bu şəbəkənin ən böyük qolu Azərbaycandadır. Ərdoğanın özü də bu məsələləri ara sıra qabardır ki, Azərbaycanda da onların gizli planları var. Azərbaycan hakimiyyəti Fətullah Gülən hərəkatının ölkədə möhkəmlənməsindən narahatdır və bunların qarşısının alması haqqında düşünürlər. Hətta bu cür sənədlərin mediaya da ötürülməsinə təəccüb etmirəm".

Politoloq Azərbaycanda Gülən hərəkatına qarşı fəaliyyətin martın 30-da Türkiyədə keçiriləcək seçkilərdən sonra bəlli olacağını deyib. "Azərbaycan hakimiyyətinin son addımları ondan xəbər verir ki, bu hərəkatın fəaliyyətinə nəzarət etmək üçün onlar işlər aparırlar. Dövlət Neft Şirkətinin tərkibində birlik yaradılıb. Bütün məktəblər, kurslar, Qafqaz Universiteti həmin birliyin tərkibinə daxil oldu. Görünür Azərbaycan hakimiyyəti Türkiyədə baş verən hadisələrə seyrçi qala bilmir və Gülən hərəkatının fəaliyyətini nəzarətə götürmək istəyir. Bütün bunların nəticəsi 30 martda bəlli olacaq. Martın 30-u Türkiyədə bələdiyyə seçkiləridir. Əgər seçkidə qələbə qazanarsa bu o deməkdir ki, Ərdoğan Gülən hərəkatına qarşı fəal mübarizəyə başlayacaq. Bu da Azərbaycan hakimiyyəti üçün bir işarə olacaq ki, nəticədə də onların buradakı qoluna qarşı fəal mübarizə başlanacaq. Əgər Ərdoğan məğlub olsa o zaman Azərbaycanda da Gülən tərəfdarlarının üzərinə çox düşməyəcəklər. Əgər bu gün Mətbuat Şurası ona dəxli olmayan bir mövzuda tədbir keçirirsə və burada nurçularla bağlı tənqidi fikir səslənirsə demək Azərbaycan hakimiyyətində Fətullah Gülən hərəkatının fəaliyyətindən narazı olan bir qrup var".

Qeyd edək ki, bu gün Mətbuat Şurasında "Dini etiqat azadlığı, missionerlik fəaliyyəti və media" adlı konfran keçirilib. Konfransda Əli Həsənov başda olmaqla Azərbaycan hakimiyyətinin bir sıra mühüm şəxsləri iştirak edib.

Tarix
2014.03.10 / 22:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla