Yuxarı

Səsimə səs verən yoxdur - Cavid Qurbanov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səsimə səs verən yoxdur - Cavid Qurbanov

Təəssüflər olsun ki, Azərbaycanda heç bir dəmir yolu hissəsi istehsal olunmur.

Axar.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov deyib.

"Biz hər bir şeyi xaricdən alırıq, istehsal edəcək bir şeyimiz yoxdur. Gələcəkdə hansısa yerli fabrik və ya zavodlarda hissələrimiz istehsal oluna bilər. Biz bu imkanları nəzərdən keçirməliyik. Bu mənada istehsalçılar da aktiv olmalıdır. Hazırda bizim istifadə etdiyimiz hissələrin əksəriyyəti Rusiya istehsalıdır. Lakin o hissələri Azərbaycanda da istehsal etmək olar. Təəssüflər olsun ki, bu barədə heç kim düşünməyib", - C.Qurbanov bildirib.

Sədr əlavə edib ki, o özü şəxsən dəfələrlə yerli istehsalçılara müraciət edərək bəzi hissələrin Azərbaycanda istehsal olunmasını təklif edib:

"Bir neçə dəfə müraciət etmişəm, amma mənim səsimə səs verən yoxdur. Bizdə elə bir zavod yoxdur ki, lövbər, elektrovoz motoru və sair hissələri istehsal etsin. Daxili bazarda istehsal olunan bəzi hissələr isə ya keyfiyyətsiz, ya çox baha olur, ya da bizə uyğun olmur".

Tarix
2016.10.13 / 15:42
Müəllif
Axar.az
Digər xəbərlər

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

Azərbaycandan benzin idxalı: İrəvan 2,6 milyon qənaət edəcək

Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür etdi

Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi

AMEA-da yeni təyinatlar oldu

Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar

Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma

Nəsimi Nəbizadənin qardaşı həbs olundu

Azərbaycanda bu vəzifələr ləğv olundu

Ölkədə bu şəxslərə ödənişlə bağlı müqavilə forması dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla