15 gündə qarın piyini əridən içki
02:05
Ana səhifə Gündəm |
"Axar.az" saytı Rusiyada qadağan edildi.
Bu barədə saytımıza məlumat rusiyalı oxucularımızdan verilib.
Saytımızın qadağan olunmasına əsas səbəb kimi guya onun Rusiya Federasiyasının internet haqqında tətbiq etdiyi yeni qaydalara cavab verməməsi, konkret olaraq ekstremizmi və millətçiliyi təbliğ etməsi göstərilib.
Qeyd edək ki, Rusiyada yeni qəbul olunmuş qaydaya əsasən insanlar üçün təhlükəli material yayımlayan saytlara giriş qadağan edilib. Qaydalara əsasən yayımlanan saytlarda uşaq pornoqrafiyası, narkotik və psixotrop maddələrin hazırlanmasına yardım edən, eləcə də intihara çağırış dolu ifadələr yer alırsa, bunlar avtomatik olaraq ölkə ərazisində qadağan olunur. Bu siyahıya həmçinin ekstremizmi təbliğ edən saytların da adı daxil edilir.
Tarix
2014.03.11 / 14:59
|
Müəllif
İlkin Həsənov
|