Yuxarı

Gülən üçün tikilən “Ağ ev”in görüntüləri yayıldı - Fotolar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Fətullah Gülənə aid olduğu iddia edilən möhtəşəm bir malikanənin fotoları yayılıb.

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akın İpəyin Fətullah Gülən üçün tikdirdiyi iddia edilən malikanə möhtəşəmliyi ilə ABŞ-ın Prezident iqamətgahından geri qalmır.

Ağ Evin qarşısındakı dörd sütun, üçbucaq damlı giriş elementləri olduğu kimi Ankarada tikilən malikanədə də istifadə edilib.

Ağ Evin qarşısında olan su hovuzu belə Ankaradakı malikanədə yaddan çıxmayıb.

Türkiyənin paytaxtı Ankarada 14 min kvadrat metrlik sahədə ucalan malikanə Akın İpəyin şirkətinə aid torpaq sahəsinində inşa edilib. Bu malikanənin məhz İpəyin torpaq sahəsində yerləşməsi, onun bir vaxtlar Gülən üçün dediyi "Bir təbəssümünə bütün var-dövlətimi verərəm" sözlərini gündəmə gətirib.

Malikanə Çanqayadakı Prezident İqamətgahından daha yuxarıda, Orta Doğu Texniki Universiteti (ODTU) meşəliyinə yaxın bölgədə yerləşir.

Malikanədə son vaxtlar qızğın iş getməsi və 2013-cü il oktyabrın 1-i tikintinin əvvəlki inşaat şirkətindən alınıb səfirlik və icra nümayəndələrinə mənsub evlərin tikintisi ilə məşğul olan V sinfi A qrupu inşaat şirkətinə verilməsi də buranın adi bağ evi deyil, diplomatik mərkəz, ya da saray ola biləcəyi ehtimalını gücləndirir.

Türkiyədə bu sarayın Fətullah Gülənin ölkəyə qayıdış günü üçün tikildiyi söz-söhbətləri gəzir.

Ərazinin demək olar ki, yarısı qədər olan 7 min 179 kvadrat metr bağlı sahəsi olan möhtəşəm kompleksin içində əsas binanın xaricində qonaq evi, qonaq salonu, soba və hovuz üçün də ayrı binalar tikilib. Əsas bina 3 mərtəbədən ibarətdir və 5 min 653 kvadrat metrlik sahədə yerləşir. Əsas binanın xaricində 5 ayrı binanın tikintisi də davam edir.

Qonaq evinin qarşısındakı hovuzun genişliyi 141 kvadrat metrdir.

Tarix
2014.03.11 / 15:26
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla