Yuxarı

Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?

Azərbaycanda uzun müddətdir ki, peşəkar ordu modelinə keçid məsələsi müzakirə olunur. Türkiyədəki kimi ödənişli hərbi xidmətin tətbiqi, yaxud Gürcüstandakı kimi peşəkar hərbi xidmət modelinə keçid məsələsi də Azərbaycanda tez-tez gündəmə gəlir. Bunun həm mənfi, həm də müsbət tərəfləri var. Azərbaycan tərəfi bu məsələni hərtərəfli hesablamalı və ondan sonra qərar verməlidir. Birinci növbədə nəyi hesablamaq lazımdır? Rusiya-Ukrayna müharibəsi göstərdi ki, əslində peşəkar ordu modelinin o qədər də ciddi effekti yoxdur. Yəni ordunun çağırışçılardan da formalaşması itkilərin yerini doldurmağı daha asan edir. Rusiya tərəfi bunu bu formada həyata keçirdi. Əslində Avropa ölkələrinin bir çoxu da açıq şəkildə qeyd edir ki, çağırışçılardan ibarət ordu sistemini yenidən formalaşdırmaq lazımdır.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Səxavət Məmmədov deyib.

Onun sözlərinə görə, Almaniyada və Avropanın bir çox ölkəsində bununla bağlı işlər görülür:

“Hələlik isə ortada bir nəticə yoxdur. Çünki insanların bir çoxu orduya getmək istəmir. Amma real vəziyyət ondan ibarətdir ki, müharibələr göstərdi ki, çağırışçılardan formalaşan ordu daha effektivdir. Məsələn, Azərbaycan 44 günlük müharibədə və ondan sonrakı müharibə dönəmində qismən səfərbərlik həyata keçirdi. Ordu onsuz da çağırışçılardan ibarət idi.

Ödənişli hərbi xidmətin tətbiqinə gəlincə, Azərbaycan torpaqlarını işğaldan azad etsə də, ortada hələ sülh müqaviləsi yoxdur. Sülh müqaviləsinin olmaması bir yana, digər tərəfdən regionda təhdidlər var. Bu təhdidlərin qarşısını almaq, yaxud müstəqilliyi və suverenliyi qorumaq üçün Azərbaycanda kifayət qədər güclü və həcmli orduya ehtiyac var. Təbii ki, Gürcüstan ərazisinin bir hissəsi işğal altında olsa da, ölkənin ərazisi və insan resursları baxımından vəziyyət fərqlidir. Onlar tamamilə fərqli ordu modelinə keçmək istəyirlər. Amma hər hansı təhdid yaranacağı təqdirdə Gürcüstanın özünü nə qədər qoruya biləcəyi əsas suallardan biridir. Biz görürük ki, Ermənistan da hələ bu tip ordu modelinə keçmir. Türkiyədə isə insan resursu çoxdur və buna görə də Türkiyə bu modelə keçə bilər. Amma Azərbaycanda insan sayının azalması, yaxud doğum səviyyəsinin aşağı düşməsi ilə bağlı məsələlər var.

Hazırkı mərhələdə dünyadakı prosesləri nəzərə aldıqda, hələ də çağırışçıların qalması və bu sistemin davam etdirilməsi doğru yanaşmadır. Ancaq müəyyən müddətdən sonra peşəkar ordu modelinə keçid məsələsini həll etmək mümkündür. Real vəziyyət isə ondan ibarətdir ki, peşəkar ordu modeli o qədər də effektiv deyil”.

Tarix
2026.09.17 / 09:00
Müəllif
Aysel Baxşiyeva
Digər xəbərlər

BMT də xəbərdarlıq etdi: Sİ real təhlükədir?

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla