Yuxarı

QHT-lər Kerrinin bəyanatına niyə cavab vermədi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
QHT-lər Kerrinin bəyanatına niyə cavab vermədi?

ABŞ Dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı – dediyi "Azərbaycan və Ermənistan rəhbərləri sülhə hazır deyillər" sözləri birbaşa işğalçı Ermənistanın maraqlarına xidmətdir.

Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib. O xatırladıb ki, Con Kerri ermənipərəst mövqeyi ilə seçilən konqresmen olub:

"Con Kerrinin erməni lobbisinin maliyələşdirdiyi siyasətçi olduğu artıq bir faktdır. 1990-cı ildə onun Qorbaçova yazdığı müraciətinin yayılması bunun təsdiqi üçün kifayət edən ciddi məsələdir. Ancaq çox təəssüf ki, ermənipərəst Kerrinin bu bəyanatına vətəndaş cəmiyyətinin nümayəndələrinin böyük əksəriyyəti susdu. Hesab edirəm ki, bu, bəzi QHT rəhbərlərinin öz maraqlarını güdməsi, dövlətçiliyimizin əksinə getməsidir. Onlar beylnəlxalq təşkilatların yanında özlərini "demokrat" kimi göstərməyə çalışır və bu cür milli məsələlərə susmaqla qrant maraqlarını təmin edirlər".

N.Orduxanlı bu cür şəxsləri şiddətlə qınadığını bildirib: "Qeyri-hökumət təşkilatları ciddi mövqe ortaya qoymalı və Kerrinin heç bir beynəlxalq prinsipə sığmayan, işğalçını müdafiə edən açıqlamasına sərt reaksiya göstərməli idi".

Tarix
2016.10.19 / 00:41
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla