Yuxarı

Lavrov İrəvana Qarabağın həlli yolunu göstərdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lavrov İrəvana Qarabağın həlli yolunu göstərdi

Lavrov hazırkı məqamda yaranan vəziyyətə ermənilərin diqqətini cəlb etdi.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Lavrovun Qarabağ açıqlaması əslində Ermənistan rəhbərliyinə bəzi reallıqlarla bağlı göstərilən yoldur:

"Düzdür, ermənilər bunu inkar edirlər və münaqişənin tənzimlənməsində Türkiyənin rolunu qeyri-mümkün sayırlar. Ancaq İrəvan bir şeyi unudur ki, əslində, Türkiyənin bu məsələdə qəti mövqeyi olmasaydı, onda Ermənistanın blokadası da mümkün olmazdı. Danışıqlar prosesində müsbət irəliləyişlər olarsa, onda Türkiyə Azərbaycanla yanaşı, deblokada proseslərinə qoşula bilər. Türkiyə açıq şəkildə Qarabağ münaqişəsində iştirak edir. Hər halda söhbət deblokada məsələlərində Türkiyənin iştirakından gedir. Belə bir məqamda isə Lavrov sanki yaranmış vəziyyətə ermənilərin diqqətini cəlb etdi. Türkiyənin mövqeyi bəllidir: Ankara birmənalı olaraq bildirir ki, münaqişə Azərbaycanın mövqeyi nəzərə alınmaqla həll olunsa, Türkiyə hər cür dəstəyə hazırdır".

Politoloqun sözlərinə görə, rus-türk münasibətlərinin sıx inkişafı təkcə ikitərəfli əlaqələrə deyil, birbaşa regiondakı proseslərə də təsir göstərəcək.

"Rusiya çalışır ki, bu təsir Moskvanın xeyrinə olsun, eyni zamanda, türklərin də maraqlarını nəzərə alsın. Çünki ikinci olmadan müsbətə doğru heç bir irəliləyiş ola bilməz. Əslində, Rusiya Türkiyəni bu proseslərə dolayı yolla dəvət edir, ancaq o şərtlə ki, hər iki tərəfin mənfəəti olsun".

Qeyd edək ki, oktyabrın 14-ə Kollektiv Təhlükəsizlik Müqaviləsi iclasına qatılmaq üçün İrəvana gələn Rusiya Xarici İşlər naziri Sergey Lavrov Türkiyənin Qarabağ konfliktinin həllində pozitiv rol oynaya biləcəyini bildirib. Rusiyalı nazir qeyd edib ki, Qarabağ konfliktinin həllində inkişaf Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasında da mühüm rol oynayacaq.

Tarix
2016.10.19 / 10:08
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İstefadan sonra Saral səhifəsində bunları etdi - Foto

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

Azərbaycanın dostu da parlamentə düşdü

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla