Yuxarı

Litvada azərbaycanlıların dəstəyindən danışıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Litvada azərbaycanlıların dəstəyindən danışıldı

Litva parlamentində təşkil olunan milli icmaların sərgisində Azərbaycan da təmsil olunub. "Litva milli icmaları: tarixin yolları ilə" adlı sərgidə iyirmi milli icmanın yaranma tarixi, bu ölkədə təşəkkül tapmalarının ictimai-siyasi şəraiti, mədəniyyəti, maddi irsi və bugünkü fəaliyyəti haqqında bilgilər və fotogörüntülər yer alıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a bildiriblər ki, sərgidə Litva azərbaycanlılarına həsr olunmuş stend qurulub.

Sərginin açılışında Seymin deputatı Vitautas Yuzapaytis, Milli Azlıqlar Departamentinin nümayəndəsi Arturas Zapolkis, milli icmaların rəhbərləri, o cümlədən Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev iştirak edib.

Tədbirdə çıxış edənlər Litvada yaşayan icmaların, o cümlədən azərbaycanlıların ölkənin inkişafına verdiyi töhfələr qeyd olunub. Bildirilib ki, bu xalqlar öz milli xüsusiyyəti, yaradıcılığı, incəsənəti və tarixi ilə ölkənin tərəqqisinə dəstək verir. Qeyd edilib ki, hazırda Litvada 250-dən çox xalqın nümayəndəsi yaşayır və onların fəaliyyət dairəsi çox genişdir. Bu xalqlar ölkənin mədəniyyət, iqtisadiyyat, təhsil və digər sferalarında təmsil olunur. Ölkənin müstəqilliyinin qazanılmasında da milli icmaların rolu xüsusi qeyd edilib.

Tarix
2016.10.19 / 23:12
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla