Yuxarı

Ermənilər mülki əhalini atəşə tutur - Fransa qəzeti

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər mülki əhalini atəşə tutur - Fransa qəzeti

Qoşunların təmas xəttinə yaxın ərazilərdə silahlı erməni əsgərlərini müşahidə etmək mümkündür və onlar davamlı olaraq Azərbaycan tərəfinin hərbi mövqelərini və hətta mülki əhalini atəşə tuturlar.

Trend-in məlumatına görə, bunu Fransanın nüfuzlu l’Opinion qəzetində "Azərbaycan-Ermənistan, hərbi əməliyyatların yenidən başlanması qorxusu arasında" adlı məqaləsində Claude Leblanc yazır.

Məqalədə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə sülh danışıqlarının "Madrid prinsipləri" əsasında aparıldığı, bunun əsasını dövlətlərin ərazi bütövlüyünün təmin edilməsi və gücdən istifadə etməmə prinsiplərinin təşkil etdiyi vurğulanır, müəllifin qoşunların təmas xəttində apardığı müşahidələr öz əksini tapır.

Nəşr qeyd edir ki, qoşunların təmas xəttinə yaxın ərazilərdə silahlı erməni əsgərlərini müşahidə etmək mümkündür və onlar davamlı olaraq Azərbaycan tərəfinin hərbi mövqelərini və hətta mülki əhalini atəşə tuturlar.

Tərrtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və müdafiə nazirinin müavini General-Leytenant Kərim Vəliyevin fikirlərinə toxunan müəllif, son aprel döyüşlərində Azərbaycan silahlı qüvvələrinin 2000 hektardan artıq ərazini işğaldan azad etdiyini qeyd edir. Müəllif yazır ki, tərəflər arasında son döyüşlərdə Azərbaycan ordusunun texniki üstünlüyü aşkar təsdiq olunub və iki dövlətin hərbi büdcəsi arasında 7 dəfə fərq var.

Erməni silahlı qüvvələrinin təxribatı nəticəsində həlak olmuş 16 yaşlı Azərbaycanlı qızın ailəsinə baş çəkən Claude Leblanc, məqalədə kənd sakinlərinin fikirlərinə də yer ayırıb və təhlükəli olmasına baxmayaraq, mülki əhalinin evlərini tərk etmədiyini göstərib.

Qeyd olunur ki, kənd təsərrüfatı rayonu olan Tərtər münaqişə nəticəsində bu potensialın 80 faizini itirib.

Məqalədə münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, onların hazırkı yaşayış şəraiti və bu kateqoriyadan olan şəxslərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan hökumətinin gördüyü işlər, o cümlədən bu məqsədlə 6 milyard dollardan artıq vəsaitin xərcləndiyi qeyd olunur.

Müəllif göstərir ki, Azərbaycan iqtisadiyyatı son illər sürətlə inkişaf edib və hökumət iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox işlər görüb.

Müəllif Azərbaycana səfər edib, müvafiq dövlət qurumlarında görüş keçirib və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalinin həyat şəraiti ilə tanış olub.

Tarix
2016.10.20 / 18:47
Müəllif
Axar.az
Digər xəbərlər

"Forbes" İranın gücündən yazdı: Siyahıda Azərbaycan da var

Azərbaycan Türkiyə və Avstraliyanı bunun üçün təbrik etdi

Gültəkin Hacıbəylinin Mehdiyev sevgisi: Gizli oyunlar...

1 milyona ev, 440 minə cip - Rektorun milyonluq xərci

Göyçayda məzar daşı: Türkiyə səfirliyi hərəkətə keçdi - Foto

Ermənistan nümayəndələri Hikmət Hacıyevlə görüşdü - Foto

Ramiz Mehdiyevin səhhəti pisləşdi

Paşinyandan Konstitusiya ilə bağlı açıqlama

Binəli Yıldırımdan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Ukraynaya qarşı sülh planı: Tramp Putindən nə qopardı?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla