Yuxarı

FETÖ ilə mübarizənin II mərhələsi başlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

FETÖ-nun terrorçu təşkilatı elan edilməsi ilə bağlı qərar bir tərəfdən Ankaranın ciddi uğuru sayıla bilər, digər tərəfdən isə qərarın hamı tərəfindən yerinə yetirilib-yetirilməyəcəyi açıq qalır.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Onun sözlərinə görə, Misiri çıxmaq şərtilə, yekdil səsverməyə baxmayaraq, quruma üzv dövlətlərin hamısının bu qərara riayət edəcəyi problematikdir:

"Qırğzıstan və digər müsəlman ölkələrində Gülən məktəbləri ilə bağlı vəziyyət dəyişməyib. Əgər Qazaxıstanda da Gülənə bağlı təhsil ocaqlarının fəaliyyətində qeyri-qanunu nəsə tapılmazsa, məktəblər fəaliyyətlərini davam etdirəcəklər. Ancaq rəsmi Bakı bundan sonra da FETÖ ilə mübarizədə Ankaranın yanında olacağını bəyan edib. Ankara FETÖ-nun Azərbaycandakı fəaliyyətinə dair hesabatı artıq Bakıya göndərib. Yəqin bu hesabata uyğun olaraq digər addımlar da atılacaq. Ən vacibi isə FETÖ-nun Azərbaycanda dövriyyədə olan maliyyəsinin həcmi müəyyənləşdirilməli və bu pullar nəzarətə götürülməlidir".

Politoloqun sözlərinə görə, Ankaranın FETÖ ilə mübarizədə əsas problemi Qərb ölkələri ilədir:

"Gülən şəbəkəsi Almaniyada güclü mövqeyə malikdir. Bundan başqa, FETÖ-nun ABŞ və Avropada dövriyyədə kifayət qədər maliyyə vəsaiti var. Ankara Gülənin həmin maliyyə resurslarından növbəti dəfə Türkiyə hakimiyyətinə qarşı istifadə edə biləcəyindən ehtiyatlanır. 1980-ci illərin əvvəllərində ABŞ-la Türkiyə arasındakı razılaşmaya görə, hər iki ölkə şübhəli şəxsləri məhkəmə qərarı olmadan da bir-birlərinə ekstradisiya edə bilər. Ankara beynəlxalq terrorçularla əlaqədə şübhəli bildiyi şəxsləri ABŞ-a esktradisiya edib. Ancaq Amerika eyni addımı atmaq istəmir".

Hadisələrin bundan sonrakı gedişatına gəlincə isə politoloqun qənaətinə görə, Vaşinqton Ankaranın istəyi üzərinə Fətullah Güləni ev həbsinə də almayacaq:

"Ankara Gülənin öz şəbəkəsinə rahatlıqla rəhbərlik etməsindən narahatdır. Vaşinqton bu prosesin də qarşısını almaq istəmir. Ancaq ABŞ vitse-prezidenti Bayden onu da anlayır ki, Gülənlə bağlı vəziyyət dəyişməzsə, nəinki Amerika-Türkiyə münasibətləri soyuq qalacaq, Ankara Vaşinqtonun əsas rəqibi Rusiya ilə daha çox yaxınlaşacaq. Çünki ABŞ-dan fərqli olaraq Rusiya istənilən məsələdə Türkiyə ilə əməkdaşlığa və ya onun maraqlarını nəzərə almağa hazırdır".

Qeyd edək ki, FETÖ İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin xarici işlər nazirlərinin 18-19 oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 43-cü sessiyasında terrorçu təşkilatı elan edilib.

Tarix
2016.10.20 / 23:26
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla