Yuxarı

Ermənistan bunun cavabını layiqincə alacaq - Polkovnik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan bunun cavabını layiqincə alacaq -  Polkovnik

Azərbaycan Respublikası beynəlxalq hüququn bütün norma və prinsiplərinə tam qətiyyətlə riayət edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə deyil, məhz sülh vasitəsilə həll olunmasını dəstəkləyir.

Axar.az xəbər verir ki, bu fikri Ermənistan tərəfinin guya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin oktyabrın 20-də gecə saatlarında cəbhədə kəşfiyyat-diversiya fəaliyyəti həyata keçirməsi və itkilərə məruz qalması barədə yaydığı məlumata münasibət bildirən hərbi ekspert, ehtiyatda olan polkovnik, Əzizağa Qənizadə AzərTac-a açıqlamasında deyib.

Əzizağa Qənizadə qeyd edib ki, Azərbaycanın bu səylərinə baxmayaraq, Ermənistanın hərbi rəhbərliyi guya bizim tərəfimizdən oktyabrın 20-də gecə saatlarında cəbhədə kəşfiyyat-diversiya fəaliyyətini həyata keçirməsi və onları itkilərə məruz qoyması barədə növbəti dəfə böhtan xarakterli məlumatlar yayıb. Azərbaycana qarşı söylənən bu ittihamlar tamamilə yanlışdır və həqiqətə uyğun deyil. Ermənistan tərəfi cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini dəfələrlə pozur və cəbhə bölgəsində yaşayan əhalini hədəfə alır. Atəşkəs rejiminin pozulması halları ya Ermənistan hərbi rəhbərliyinin göstərişi əsasında planlı şəkildə həyata keçirilir, ya Ermənistan silahlı qüvvələrində nizam-intizamın aşağı səviyyədə olmasının nəticəsidir, ya da ki, gecə saatlarında düşmən əsgərləri vahimə içində olduğuna görə bu hallar baş verir.

"Bu, onu göstərir ki, bu ilin aprelində cəbhədə Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısının uğurla alınması qarşı tərəf üçün dərs olmayıb və onlar bundan nəticə çıxarmayıblar. Ermənistan silahlı qüvvələri törədə biləcəyi istənilən təxribatın cavabını layiqincə alacaq və onlara qarşı Silahlı Qüvvələrimiz tərəfindən daha sərt tədbirlər görüləcək", - deyə Ə.Qənizadə qeyd edib.

Tarix
2016.10.21 / 18:32
Müəllif
Axar.az
Digər xəbərlər

Rəhman Mustafayev Mixail Qaluzinlə görüşdü

Artıq bəsdir: İran bu Əbülfəzli susdurmalıdır!

Şimali Kiprin baş naziri Azərbaycana gəlir

Ermənilər Azərbaycan mahnısına oynadılar - Video

Kremlin İrəvanla bağlı siyasəti: Buna məcburdur!

Azovda həlak olan azərbaycanlıların nəşləri tapıldı

Milli Məclisdə büdcənin icrası müzakirə edilir

Bu ölkələrə səfər etməyin - XİN-dən xəbərdarlıq

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

Rusiya Bakı və İrəvanı itirir, tək qalıb - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla