Yuxarı

Axundova müdir təyin edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Axundova müdir təyin edildi

Tarix İnstitutunda Elmi Şuranın iclası keçirilib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən xəbərə görə, iclasda Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, noyabrın 10-11-də Mədəniyyət və Turizm Nazirliyi və İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmalar Mərkəzinin (İRSİKA) birgə təşkilatçılığı ilə "Dağlıq Qarabağın mədəni və memarlıq irsinin qorunması" mövzusunda keçiriləcək elmi konfransda tarixçi-alimlərin məruzələrinin mövzuları konkretləşdirilib.

İclasda institutda Beynəlxalq əlaqələr şöbəsinin yaradılması, "tarix.gov.az" portalının yenilənməsi, institutda Vikipediya işinin nizama salınması haqqında qərar verilib. Eyni zamanda, Tarix İnstitutunun son nəşrlərinin pdf versiyası kütləvi istifadə üçün portalda yerləşdiriləcək.

Elmi Şuranın qərarı ilə yeni yaradılan Beynəlxalq əlaqələr şöbəsinə institutun "Azərbaycanın orta əsrlər tarixi" şöbəsinin aparıcı elmi işçisi Nərgiz Axundova müdir təyin olunub.

İnstitutun "Azərbaycanın orta əsrlər tarixi" şöbəsinin elmi işçisi Lamiyə Qafarzadəyə isə Vikipediyada Azərbaycan tarixi ilə bağlı materialların izlənilməsi, Azərbaycan tarixinə və tarixi şəxsiyyətlərə qarşı təxribatlara operativ cavab yazılması işi həvalə olunub.

Elmi Şuranın iclasından sonra Tarix İnstitutunun II Azərbaycan Elm Festivalında iştirakı üzrə təşkilat komitəsinin geniş iclası keçirilib.

Tarix
2016.10.21 / 18:40
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla