Yuxarı

SOS: Rusiya hər an nüvə düyməsini basa bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOS: Rusiya hər an nüvə düyməsini basa bilər

Suriyada getdikcə daha təhlükəli hal alan Amerika və Rusiya qarşıdurması III Dünya savaşı ehtimallarını gücləndirir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşavirinə görə, Rusiyanın Suriya proseslərinə qarışması böhranın danışıqlar yolu ilə nizama salınması perspektivini heçə endirib:

"Hazırda Rusiya ilə Amerika və onun müttəfiqləri arasında çox ciddi gərginlik yaşanır. Berlində Normand dördlüyünün görüşü də Suriya məsələsində Rusiyanın mövqeyini müəyyənləşdirməyə imkan vermədi. Bu, o anlama gəlir ki, Moskva nə Əsədi Amerikanın ayağına vermək istəyir, nə də Suriyadan çəkilmək fikrindədir. Əksinə, Rusiya Suriyada Tartus limanında böyük hərbi dəniz bazası və onun yaxınlığında yerləşən Xmeymimdə hərbi hava bazası yaradır. Suriyada sözügedən iki dövlətin maraqları bir çox məsələlər üzrə kəsişmir. Buraya neft, ən çox da qaz maraqları daxildir. Çünki Qətər öz qazını Səudiyyə və Suriya, Türkiyə üzərindən Avropa bazarlarına çıxarmaq istəyir. Avropa da Azərbaycan, Qətər və İsrail qazına alternativ mənbə kimi baxır. Rusiya məhz bu layihələri sıradan çıxarmaq üçün Suriyanı əlində saxlayır".

Politoloq bildirib ki, enerji maraqlarından savayı, Rusiya Suriyadakı müharibələr vasitəsilə özünün fövqəldövlət statusunu təsdiq etmək istəyir:

"Bütün bunlar isə konsensus əldə edilməsinin yollarını tamamilə qapadır. Hadisələrin gedişatı göstərir ki, Suriyada Amerika və Rusiya qarşıdurması getdikcə daha təhlükəli hal alır: hətta nəinki dünya, nüvə müharibəsi ilə nəticələnə biləcəyi də iddia edilir. Suriyada nüvə silahından istifadə ehtimalı böyük olmasa da, Rusiyanın hərəkətləri, özəlliklə də bölgədə hərbi sığınacaqlar tikməsi, ballistik raketləri döyüşə hazırlıq vəziyyətinə gətirməsi ondan xəbər verir ki, Rusiya lazım olarsa, bütün dünyanın və sivilizasiyanın məhvinə səbəb ola biləcək nüvə düyməsini də basa bilər".

Tarix
2016.10.22 / 08:30
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla