Yuxarı

Maduro Bakıya səfərinin məqsədini açıqladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:28

Oktyabrın 22-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Axar.az xəbər verir ki, Oqtay Əsədov Nikolas Maduronun Venesuela Prezidenti kimi ölkəmizə ilk rəsmi səfərinin münasibətlərimizin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.

Bildirib ki, vaxtilə Venesuela Milli Assambleyasına rəhbərlik etmiş bir şəxsin bu gün Milli Məclisdə görüş keçirməsi parlamentlərarası münasibətlərə də öz təsirini göstərəcək.

Parlamentin sədri deyib ki, Azərbaycan Venesuela ilə hərtərəfli əlaqələrin inkişafına böyük önəm verir:

"Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkələrimiz arasında siyasi əlaqələr yaxşı səviyyədədir. Mütəmadi olaraq qarşılıqlı səfərlərin həyata keçirilməsi, müxtəlif səviyyələrdə aparılan danışıqlar xalqlarımızın bir-birinə yaxınlaşmasına xidmət edəcək. Ölkələrimiz arasında hüquqi sənədlərin imzalanması, ticarət dövriyyəsinin həcminin artırılması əhəmiyyətli məsələlərdəndir. Bunun üçün geniş imkanlar var".

"Milli Məclis Venesuela parlamenti ilə əlaqələrini daha da dərinləşdirmək niyyətindədir. Biz deputatlarımızın mütəmadi görüşlərini və qarşılıqlı səfərlərini bu baxımdan önəmli hesab edirik. Bu gün Milli Məclisdə dünyanın müxtəlif ölkələri ilə parlamentlərarası əlaqələr üzrə dostluq qrupları yaradılıb. Hər iki ölkənin parlamentində də qarşılıqlı şəkildə belə qrupların yaradılması ümumi məqsədlərə xidmət edərdi", - Oqtay Əsədov bildirib.

Bu gün Azərbaycan və Venesuela nümayəndə heyətlərinin BMT, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdiklərini söyləyən parlamentin sədri hər iki ölkənin neft-qaz hasilatı sahəsində böyük təcrübəsinin olduğunu vurğulayıb. O, həmçinin turizm, mədəniyyət, kənd təsərrüfatı, maliyyə və digər sahələr üzrə tədbirlərin keçirilməsinin zəruriliyini qeyd edib.

Prezident Nikolas Maduro ölkəmizə səfərindən və burada gördüklərindən məmnun qaldığını söyləyib. Dövlət başçısı qeyd edib ki, Venesuela Qafqazın bu bölgəsi ilə əlaqələrin inkişafında maraqlıdır. Neft ölkəsi kimi tanınan Venesuela OPEC-ə daxil olan və təşkilatdan kənar neft hasilatı ilə məşğul olan ölkələrlə əlaqələrin inkişafını, təcrübə və informasiya mübadiləsini önəmli hesab edir.

Ali qonaq Venesuelanın Azərbaycan ilə təkcə siyasi deyil, iqtisadi, humanitar sahələrdə də əlaqələrin genişləndirilməsi niyyətində olduğunu söyləyib.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, sədrin müavinləri Bahar Muradova, Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

Tarix
2016.10.22 / 15:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla