Yuxarı

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

Türkiyədə faktiki olaraq hakimiyyətdə olan AKP-nin dinə münasibəti müsbətdir və dini ideologiyanın yayılmasında, din vasitəsilə hakimiyyətin ayaqda qalmasında maraqlıdır. Bu, nə türklüyün, nə də Osmanlı idarəçilik ənənələrinin ümumi dövlətçilik prinsipləri ilə uyğun gəlir. Yəni, bunlar bir-birini tamamilə inkar edən məsələlərdir.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, hazırda Türkiyədə konkret olaraq dini əsaslı tədrisin həyata keçirilməsi, təriqət kurslarının yaradılması, müxtəlif kurslara – İsmailağa, Süleymançılar, Menzil və s. sərbəstlik verilməsi müşahidə olunur.

“Burada müxtəlif təriqətlərə cəlb olunanlara imkan verilir ki, öz dini biliklərini formalaşdırsınlar, müxtəlif dini təriqətlər çərçivəsində fəaliyyət göstərsinlər və öz çevrələrini yaratsınlar. Bu da, əlbəttə ki, Türkiyənin özü üçün ciddi təhdiddir.

Bu təhlükə müəyyən müddətdən sonra Türkiyədə çox böyük qarşıdurmaya gətirib çıxaracaq. Görünən odur ki, Türkiyə hakimiyyəti bu məsələnin mahiyyətini o qədər də dərk etmir və ya təhlükənin nə qədər dərin olduğunun fərqində deyil. Amma Türkiyədəki Milliyyətçi Hərəkət Partiyası (MHP) və Dövlət Baxçalı, eləcə də onun təfəkkürünü bölüşənlər bu gedişatın gələcəkdə böyük təhlükə yaradacağının fərqindədirlər”, - o bildirib.

Ekspert hesab edir ki, Türkiyənin gec olmadan bu yoldan dönməsi daha məqsədəuyğundur:

“Əks halda, Türkiyə özünü təhlükə qarşısında qoya bilər. Eyni zamanda, bu qədər şəxsin Türkiyəni, demək olar ki, dini radikalizm istiqamətinə yönləndirməsi nəticəsində ölkədə hətta İrandakından da, Əfqanıstandakından da daha sərt şəriət qaydalarına əsaslanan bir dövlət quruluşu formalaşa bilər. Bu isə Türkiyə və digər türk dövlətləri üçün heç də yaxşı vəziyyət demək deyil.

Ona görə də, hesab edirəm ki, Türkiyə dövləti bu məsələdə diqqətli olmalıdır. Dünyadan təcrid olunmaq, dünyəvi təhsildən uzaqlaşmaq, rəsmi və elmi proseslərdən kənarlaşaraq konkret olaraq dini, radikal və müvafiq təriqətlərə yönəlmək Türkiyə üçün heç də uğurlu gələcək vəd etmir”.

Tarix
2026.10.15 / 17:31
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

Saleh Səmədova hökm oxundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla