Yuxarı

Xəzərlə bağlı razılıq əldə olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzərlə bağlı razılıq əldə olundu

Xəzərin statusu haqqında Konvensiya layihəsinin hazırlanması ilə bağlı işçi qrupun Tehranda keçirilən iclasında dənizin dibinin sərhədlərinin müəyyən olunması və bioloji ehtiyatların istismarı haqqında ilkin razılıq əldə olunub.

APA-nın məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyi açıqlama verib. Məlumatda bildirilir ki, əldə olunan digər razılıq Konvensiya layihəsinin bəndləri ilə bağlı əsas müzakirələrin aparılması ilə bağlıdır.

Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən toplantıda dənizçilik, tranzit və tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub. Prezidentlərin Qazaxıstanda keçiriləcək sammitində imzalanacaq sənədlərin hazırlanmasını sürətləndirmək qərara alınıb.

İşçi qrupun növbəti yığıncağı Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək.

Tarix
2016.10.26 / 13:23
Müəllif
Axar.az
Digər xəbərlər

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla