Yuxarı

QHT-lər üçün yeni qrant müsabiqəsi elan edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.

Şuranın mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, gündəlikdə duran məsələlər haqqında məlumat verən Şura sədri, millət vəkili Azay Quliyev yerli QHT-lər üçün yeni qrant müsabiqəsi haqqında danışıb. A.Quliyev müsabiqə üçün təklif edilən mövzular haqqında Şura üzvlərinə ətraflı məlumat verib. Bunlar 2014-cü il bələdiyyə seçkiləri ilə bağlı seçicilərin maarifləndirilməsi və seçkilərin monitorinqi, mənəvi və əxlaqi dəyərlərin təbliği, ictimai və sosial sahədə innovativ təşəbbüslərin dəstəklənməsi mövzularıdır.

Katibliyin icraçı direktoru Fərasət Qurbanov QHT-lər tərəfindən göndəriləcək layihə təkliflərinin yenə elektron şəkildə Şuranın www.e-qht.az saytı vasitəsilə qəbul olunacağını bildirib. F.Qurbanov QHT-lərdən reyestrdən çıxarış sənədinin tələb edilməsinin əvvəlki tək müsabiqə şərtlərindən biri olduğunu qeyd edib.

Şura sədri qrant müsabiqəsi üçün təklif edilən mövzuların önəmindən bəhs edərək onların hər üçünün aktuallıq kəsb etdiyini bildirib. A.Quliyev QHT-lərin layihə təkliflərinin innovativliyi ilə fərqlənməsinin vacibliyini də vurğulayıb. O, QHT-lərin 1 aprel 2012-ci ildən etibarən alınmış reyestrdən çıxarışlarının Şura tərəfindən qəbul edilməsinin uyğun olduğunu qeyd edib.

Qarşılıqlı anlaşma və müzakirə şəraitində keçən görüşdə 13 mart 2014-cü ildə yerli QHT-lər üçün növbəti qrant müsabiqəsinin elan edilməsi haqqında qərar qəbul edilib. Şura, eyni zamanda, 17 mart 2014-cü ildə QHT-lər üçün məlumatlandırma sessiyasının keçirilməsini məqsədəuyğun sayıb.

Tarix
2014.03.12 / 19:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla