Yuxarı

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

İran işğalçı rejiminin Azərbaycan Respublikasının daxili işlərinə müdaxiləsini və dini inanclardan sui-istifadə edərək bu ölkə xalqı arasında parçalanma yaratmasını qəti şəkildə pisləyiririk.

Axar.az xəbər verir ki, bu barədə İran ərəblərinin təşkilatı Əhvaz Xalq Demokratik Cəbhəsinin yaydığı bəyanatda bildirilib.

Cəbhə İranın dini inanclardan sui-istifadə edərək bölgədə bölünmə yaratmaq hərəkətlərini tənqid edib və Tehranın proksi qüvvələrə və sərhədyanı müdaxilələrə dəstəyini dərhal dayandırmağa çağırıb.

“İraq, Livan və Yəmənin acı təcrübələri göstərir ki, məzhəb təhrikləri və proksi qüvvələrə dəstək milli suverenliyi və regional təhlükəsizliyi təhdid edir. Azərbaycan Respublikası bu dağıdıcı siyasətlərin təkrarlanması meydanına çevrilməməlidir.

Biz Azərbaycan Respublikası xalqı və hökuməti ilə həmrəylik elan edərək və bu ölkənin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyərək, İran İslam Respublikasının terrorçu rejiminin Azərbaycan Respublikasının və digər qonşu və regional ölkələrin daxili işlərinə müdaxiləsinə dərhal son qoyulmasını tələb edirik.

Din müdaxilə üçün bəhanə deyil və millətlərin taleyi yalnız millətlərin öz əlləri ilə müəyyən edilir”, - bəyanatda vurğulanıb.

Tarix
2026.10.23 / 16:09
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

Bayramovdan TRİPP açıqlaması: Bakı ilə razılaşdırılmalıdır!

Hər şeyi edəcəyik ki, sülh müqaviləsi imzalansın...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla