Yuxarı

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi -

18:50

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oqtay Saralın vəzifəsindən istefa verəcəyi açıqlanıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin bəzi media qurumları və sosial şəbəkələri iddia yayıb.

Bildirilib ki, Oqray Saralın sabah istefa verəcəyi gözlənilir.

Qeyd edək ki, yayılan iddiada onun bir müddət öncə Azərbaycan Nazirlər Kabinetinin ümumtəhsil məktəblərində təhsialanlar və təhsilverənlərin geyim normaları ilə bağlı qərarını tənqid etdiyi üçün vəzifəsindən ayrılacağı vurğulanıb.

***

Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib.

Bu barədə APA türkiyəli jurnalist Tələt Atillaya istinadla məlumat yayıb. Belə ki, Atilla Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saralın vəzifədən ayrıldığını təsdiqlədiyini X hesabında yazıb.

Jurnalistin sözlərinə görə, o, Sarala zəng edərək vəzifədən azad edilib-edilmədiyini soruşub.

Saral cavabında “Bəli” deyərək, bu qərarın Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə verildiyini bildirib.

“Biz vəzifələrlə var olan insanlar deyilik. Cənab Prezident məni bu vəzifəyə gətirmişdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”, – deyə Saral vurğulayıb.

Atillanın Azərbaycanla bağlı açıqlamalarının onun vəzifədən ayrılmasına səbəb olub-olmadığı barədə sualına isə Saral “Bəli, elə görünür” cavabını verib.

Tarix
2026.10.25 / 20:15
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

Bayramovdan TRİPP açıqlaması: Bakı ilə razılaşdırılmalıdır!

Hər şeyi edəcəyik ki, sülh müqaviləsi imzalansın...

Ermənistanla normallaşma prosesi... - Bayramov

Bayramov Əli Kərimli ilə bağlı bu sualı cavablandırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla