Prezident İlham Əliyev "Yerli icra hakimiyyətləri
haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli
Fərmanında dəyişikliklər edilməsi haqqında fərman
imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti
məlumat yayıb.
Fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq, "Yerli icra hakimiyyətləri haqqında
Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanını
"Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin
strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamına
uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli
648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117,
№ 3, maddə 246, № 8, maddə 909, № 10, maddə 1155, № 12, maddə 1514;
2014, № 5, maddələr 477, 487, № 9, maddə 1027, № 12, maddə 1577;
2015, № 3, maddə 271, № 9, maddə 1005, № 11, maddə 1322, № 12,
maddə 1448; 2016, № 2 (II kitab), maddə 273, № 5, maddələr 859,
864, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 sentyabr
tarixli 1027 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Yerli icra
hakimiyyətləri haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər
edilsin:
1. 4.12.7-ci yarımbənd ləğv edilsin.
2. "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə Əlavə"nin
1-ci bəndindən "Mədəniyyət və Turizm Nazirliyinin," sözləri
çıxarılsın".
***
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamənin, nazirliyin
strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin
müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamənin, nazirliyin
strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin
müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanını "Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun
təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamına uyğunlaşdırmaq
məqsədi ilə qərara alıram:
"Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və
aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli
393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006, № 4, maddə 325, № 9, maddə 737; 2007, № 2, maddə 85,
№ 4, maddə 330; 2008, № 8, maddə 715, № 11, maddə 970; 2009, № 12,
maddə 983; 2011, № 2, maddələr 85, 91; 2012, № 7, maddə 684; 2014,
№ 9, maddə 1056; 2015, № 9, maddələr 985, 996, № 10, maddə 1120;
2016, № 5, maddə 850) aşağıdakı dəyişikliklər edilsin:
1. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:
"3. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin
işçilərinin say həddi cəmi 379 ştat vahidi olmaqla, Nazirliyin
aparatı üzrə 160 ştat vahidi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş
İdarəsi və regional mədəniyyət və turizm idarələri üzrə 219 ştat
vahidi müəyyən edilsin.".
2. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə"nin 14.3-cü bəndi
aşağıdakı redaksiyada verilsin:
"14.3. Nazirliyin aparatının işçilərini, strukturuna daxil olan
qurumların rəhbərlərini və onların müavinlərini, işçilərini, habelə
Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən
azad etdiyi hallar istisna olmaqla, Nazirliyin nomenklaturasına
daxil olan digər işçiləri vəzifəyə təyin və vəzifədən azad edir,
onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür,
müvafiq sahədə fərqlənən işçiləri Nazirlik tərəfindən təsis olunmuş
döş nişanları və fəxri fərmanlarla təltif edir;".
3. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Nazirliyinin strukturu"nun 3-cü və 4-cü
bəndləri aşağıdakı redaksiyada verilsin:
"3. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi.
4. Regional mədəniyyət və turizm idarələri."