Yuxarı

Abel Məhərrəmov Rusiyada akademik seçildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov bu il keçirilmiş seçkilərdə dünyanın ən nüfuzlu elmi qurumlarından biri olan Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

Axar.az xəbər verir ki, oktyabrın 28-də Rusiya Elmlər Akademiyasının ümumi iclasında 2400 namizədin iştirak etdiyi və üç mərhələdən ibarət keçirilmiş seçkilərin nəticələri təsdiqlənib, Rusiya Elmlər Akademiyasına üzv seçilən beynəlxalq səviyyədə tanınmış 63 xarici alimin adı açıqlanıb. Bu siyahıda ABŞ, İngiltərə, Yaponiya, Çin, Almaniya, İsrail, Norveç kimi ölkələrdən ən məşhur alimlərin, o cümlədən 7 Nobel mükafatçısının da adı var. Dünya şöhrətli fransız Sovaj Jan Pyer, çinli Xuan Vey, israilli Şextman Dan, amerikalı Henri Kissencer, Rodjer Kornberq, Martinus Veltman, Kennet Cozef Errou kimi elm nəhənglərinin sırasında BDU-nun rektoru Abel Məhərrəmovun adı da yer alıb.

Orta məktəbi qızıl medalla başa vuran Abel Məhərrəmov 1971-ci ildə BDU-nun kimya fakültəsini bitirib. 1973-cü ildə Moskva Dövlət Universitetinin aspiranturasına daxil olub və 1976-cı ildə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyaları müdafiə edib. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü seçilib. Rəhbərliyi altında 60 nəfərədək alim doktorluq və namizədlik dissertasiyası müdafiə edib. Əməkdar Elm Xadimi olan A.Məhərrəmov 54 ixtira, 19 monoqrafiya, 51 dərslik və dərs vəsaitinin, o cümlədən 1000-dən artıq məqalə və tezisin müəllifidir. Alimin Tomson Reyter agentliyinin siyahısına daxil olan jurnallarda məqalələrinin sayı 234, onun işinə olan istinadların sayı 707, "H" indeksi üzrə göstəricisi 15-dir ki, bu da ölkə üzrə ən yüksək elmi göstəricilərdən biridir. Akademik Abel Məhərrəmov dünyanın bir çox qabaqcıl universitetlərinin Fəxri doktoru, o cümlədən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü, bir neçə beynəlxalq təşkilatın, o cümlədən ECO-nun və ISESCO-nun elm üzrə mükafatçısıdır.

Tarix
2016.10.31 / 23:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla