Yuxarı

Nərmin üçün yığılan pullar hara sərf olunacaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl Türkiyənin İstanbul Memorial Klinikasına müalicə almaq üçün aparılan, xərçəng xəstəliyindən əziyyət çəkən Nərmin Hüseynli vəfat etdi. Müalicəsi üçün xeyriyyə məqsədilə yığılan pullar təəssüf ki, Nərminə kömək edə bilmədi. Hazırda yığılan pulların hara getməsi, nəyə sərf olunması məsələsi ortaya çıxıb.

Xeyriyyə məsələlərini təşkil edən təşkilatçı Fuad Hacıyev verdiyi açıqlamasında əvvəlcədən hər şeyi nəzərdə tutduqlarını deyib: "Nərminin ailəsinin başı dəfn mərasiminə qarışıb. Bu barədə onların danışması düzgün çıxmaz. Qaldı ki, maddi vəsait məsələsinə onu deyə bilərəm ki, biz əvvəlcədən də hər bir şeyi nəzərdə tutmuşduq. Əgər Nərmin həyata qayıtmasa, qalan vəsait xəstə bir insanın tam sağalmasına sərf olunacaq. Amma həmin məbləğə sağala biləcək olan xəstə üçün o pullar sərf olunacaq. Məsələn, bir xəstəyə 100 min lazımdır, ancaq bizim əlimizdə 27 min qalıbsa təbii ki, bu mümkün olmayacaq. Biz 27 minə sağalıb, ayağa dura biləcək bir insana yardım edəcəyik. Könüllü müraciət edənlər arasından həmin xəstə seçiləcək. Mətbuat vasitəsilə hər kəsə çeklər, yığılan vəsaitin bir hissəsinin hara xərcləndiyi, dəfn mərasiminə nə qədər xərcləndiyi və s. məsələlər aydınlaşacaq və banklardan hesabat çıxarılacaq. Məsələn, ola bilər iki xəstə insan üçün həmin pulu sərf edək. Əlimizdə tutaq ki, 38 min qalıbsa bir xəstənin müalicəsi 8 min, digərinki 30 min tələb edirsə biz hər ikisinə yardım edəcəyik. Baxmayaraq ki, Nərmin dostumuz idi, amma ki, yenə də heç kəsə ayrı-seçkilik olmayacaq. Çünki məqsəd eynidir - insan həyatını xilas etmək, xəstə insanı həyata yenidən qaytarmaq.

"Ümumiyyətlə nə qədər vəsait yığılmışdır" sualına isə təşkilatçı belə cavab verib: "Nəzərə alsaq ki, Nərminin reanimasiyada qaldığı hər gün bizə 5 min dollara başa gəlirdi. Nərmin 6 gün yarım orada qalıb. Türkiyəyə getmə xərcləri də var idi. Təqribən 110 min dollar yığılmışdı. Ancaq hər bir şey dəqiqliklə sabah məlum olacaq. Çünki Mərkəzi Bankdan çıxarış alacağıq. Qəpiyinə kimi orada yazılacaq. Çox şəffaf şəkildə hər şey məlum olacaq, ictimaiyyətə də çatdırılacaq" ("mövqe.az").

Tarix
2014.03.13 / 14:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla