Yuxarı

“Nurçulardan maliyyələşən deputat varsa, cəzalanmalıdır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda nurçulara qarşı belə hərəkətlənmə Ərdoğanın dövlət rəsmilərinə müraciətindən sonra baş verib".

Bu sözləri "Axar.az"a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib.

O, Azərbaycanda nurçulara qarşı fəaliyyətin Ərdoğanın müraciətindən sonra baş verdiyini bildirib: "Əlbəttə, etiraf edək ki, bu bir parametrli tənlik deyil. Ərdoğanın hakimiyyətinin indiki dövründə "xidmətçilər"lə siyasi savaşı yaranmasaydı, əvvəlki əməkdaşlıqları qalsaydı, düşünürəm ki, belə suallar ortaya çıxmayacaqdı. Həmçinin Türkiyə prezidenti onların indiyə qədər fəaliyyət göstərməsində maraqlı olacaqdı. Əksinə, hər kəs fikirləşəcəkdi ki, onların heç bir siyasi iddiaları yoxdur və bunlar dövlətin içinə sızmaq istəmirlər.

Amma son situasiyalar vəziyyəti dəyişdi. Onlar nəinki prokurorluq, maliyyə, məhkəmə sistemi, hətta Milli İstihbaratın da içinə sızan çox ciddi şəkildə formalaşmış, mason lojalarını xatırladan sistemə dönüşüblər. Onların yalnız dövlətin içinə sızan və Fətullah Güləndən gələn əmrləri həyata keçirənlər olduğunu söyləmək bizim üçün çətin olar. Bunun kənar ölkələrə də təsiri müşahidə olunmaqdadır. Düşünürəm ki, Azərbaycanda nurçulara qarşı belə hərəkətlənmə Ərdoğanın dövlət rəsmilərinə müraciətindən sonra baş verib. Bu mənim subyektiv mülahizəmdir".

Məktəblərin bağlanması doğru deyil

Millət vəkili Azərbaycanda Fətullah Gülən məktəblərinin birbaşa bağlanmasının doğru olmayacağını dedi: "Bu, bizim özümüzü Türkiyədə əsən küləklərə zorla uyğunlaşdırmaq deyil. Yəqin ki, daşınan məxfi qovluqlu sənədlərdə də Azərbaycan haqqında hər hansı bir tezis olub ki, Türkiyə hökuməti Fətullah Gülən dayaqlarını burada da zəiflətməyə çalışır. Bütün bunlara rəğmən, Azərbaycanda Fətullah Gülən məktəblərini bitirən bütün şəxslərin də üzərinə getmək doğru olmazdı. Onların məktəblərinin təyinatını, Təhsil Nazirliyinin iştirakı ilə həmin yerlərin formasını dəyişmək olar".

Nurçuluq Azərbaycana yaxşı dərs oldu

Z.Oruc gələcəkdə dini təmayülləri olan məktəblərin Azərbaycana gətirilməsinin doğru olmayacağını da bildirdi: "Baxın, Qafqaz Universiteti və Çağ Öyrətimi bitirənlər müəyyən bir imkana sahib olan insanlardır. İndi də həmin insanları cəmiyyətdən çıxdaş etməyimiz doğru olmayacaq. Əgər bu insanlar bizim içərimizdə konstitusyon quruluşu dəyişmək fikrindədirlərsə, əlbəttə ki, buna qarşı olmaq lazımdır. Bu isə bizim kəşfiyyat strukturlarımızın verdiyi məlumatlar əsasında ola bilər. Bundan kənarda Qafqaz Universiteti ilə Çağ Öyrətimi qapayıb Ərdoğanla Gülənin barışmasını gözləmək çox yalnış siyasət olardı. Lakin düşünürəm ki, gələcəkdə özəl məktəblər Azərbaycana xaricdən gələn qüvvələrlə, qurumlarla bağlı olarsa, bu, birmənalı olaraq dini təmayüllərdən tam kənar olmalıdır. Bu, artıq mütləqdir. Bu hadisə bizə həmin məzhəbin üzərində yaxşı bir dərs verdi".

Nurçuluq yəhudilərin fəaliyyəti formasında gizli təşkilatlanmadır

O, parlamentdə Fətullah Gülənə çalışan insanların olduğu sübut olunarsa, onların fəaliyyətinə hüquqi qiymət veriləcəyini söylədi:

"Bu məsələ ilə bağlı geniş fikir söyləməkdən ötrü biz mütləq təhlükəsizlik orqanlarının məlumatlarına sahiblənməliyik. Əgər həmin nurçular yəhudilərin fəaliyyəti formasında gizli təşkilatlanma formasıdırlarsa, dövlətin içinə sızmaq və zamanı gələndə əkdikləri toxumun bəhrəsini götürmək istəyəcəklər. Bunları söyləmək çox çətindir. Bir sıra insanlarla ünsiyyətdə olan zaman onlardan Fətullah Gülənin nəyi təlqin etdiyini soruşuram. Məsələn, sələfilərdə bunun parametrləri aydındır. Onların özlərinin atributları, idealları var. Amma nurçularda bunu tam müşahidə etmək mümkün olmur. Parlamentdə adı çəkilən insanları tam olaraq "nurçudur" deyib, damğalamaq düzgün olmazdı. Əgər həqiqətən onların hər biri qara mühasibatlıqdan faydalanıbsa, o zaman onları qanunun ən ağır maddələri ilə cəzalandırmaq lazımdır. Burada ikinci fikir ola bilməz. Onlar dərin dövlət quruluşuna malik olub burada şaxələniblər və ölkənin siyasi rəhbərliyi bir şey etməsə, nurçular hakimiyyəti ələ keçirəcək stixiyası ilə yaşamaq yanlışdır. Konkret olaraq Fətullah Güləndən qaynaqlanan insanlar varsa, birmənalı şəkildə onların fəaliyyətinə hüquqi qiymət verilməlidir. Bundan kənarda elm və təhsil sahəsində çalışanların hər birini nurçu adlandırıb ölkədən qovmaq bizə ziyan vuracaq".

Hazırda Azərbaycanda kompromat savaşı gedir

Deputat Azərbaycanda nurçularla bağlı informasiyaların mediaya sızdırılmasında əsas məqsədin Türkiyədəki hadisələrin Azərbaycana keçidinin təminindən ibarət olduğunu söylədi:

"Mənə elə gəlir ki, hazırkı dövrdə kompromat savaşı gedir və istənilən faktlar süni olaraq qabarıqlaşdılır, bir-birinin mövqeyini zəiflətməkdən ötrü bundan fayda götürülür. Bu bir siyasi taktikadır. Bəlkə də haradasa başa düşüləndir. Ancaq ölkəmizin indiyə qədərki dövründə Prezidentin siyasi iradəsi altında olan hər hansı məmurun öz dövlət başçısının əmrlərinə deyil, Penselvaniyada yaşayan din adamının sözlərinə əməl edərək yaşamasına, ölkədə geniş spektrdə qüvvələri əldə saxlamasına inanmıram. Düşünürəm ki, bu, Türkiyədəki hadisələrin uzantısını Azərbaycana keçirməkdir. Bu, siyasi elitanın içərisində parçalanma yaratmaqdır. Bunu xəfiyyə strukturlarına tapşırmaq lazımdır ki, onların gizli fəaliyyəti, əsas məqsədlərinin nə olması, onların 33-cü dərəcədə duran rəhbərlərinin kim olması ilə bağlı məsələlərə qiymət versinlər. Təhsil müəssisəsi ilə bağlı fəaliyyətlərində də harada kənara çıxıblarsa, orada da fəaliyyətləri kəsilməlidir".

Tarix
2014.03.13 / 15:22
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla