Yuxarı

NATO- da Azərbaycanı kim təmsil edib?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO İnformasiya Mərkəzlərinin təcrübə mübadiləsi və tərəfdaşlıq perspektivləri baxımından Brüsseldə müzakirələr keçirilib.

"Axar.az" xəbər verir ki, NATO-nun Baş Qərargahında tərəfdaş ölkələrin NATO informasiya mərkəzlərinin nümayəndələri ilə görüş keçirilib. "Tərəfdaş ölkələrin NATO informasiya mərkəzləri" mövzusunda 2 günlük keçirilən tədbirdə Azərbaycanı Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin İdarə heyətinin üzvü, eyni zamanda "Odlar Yurdu" Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova təmsil edib. Tədbir NATO-nun İctimai diplomatiya bölməsinin təşkilatçılığı ilə həyata keçirilib.

Tədbiri NATO-nun İctimai diplomatiya bölməsinin Qafqaz üzrə regional koordinatoru xanım Despina Afentouli açaraq və NATO-nun hazırki siyasi proqramı haqqında məruzə ilə çıxış edib.

Daha sonra NATO-nun səlahiyyətli nümayəndələri J.Skonieszka, M.Rühle, K.Grabar- Kitaroviç, G.Niehus, S.Mehringer, D.Riggio və İ.Fernandez tərəfindən təmsil etdikləri bölmələrin fəaliyyətlərinə dair informativ və analitik baxımdan maraqlı çıxışlar edib, müzakirələr aparıblar.

Tədbir çərçivəsində xanım D.Afentouli, P.Lunak və B.Marankovanın iştirakı ilə "İctimai diplomatiya bölməsinin İnformasiya mərkəzləri ilə praktik əməkdaşlığı " mövzusunda dəyirmi masa görüşü keçirilib və maraqlı müzakirələr aparılıb.

Tədbirdə həmçinin Azərbaycanın NATO yanında nümayəndəliyinin əməkdaşları J.İbrahimova, G.Məmmədova, R.Həmidov və E.Abdullayev ilə N.Ələsgərovanın görüşü keçirilib və görüş zamanı NATO-Azərbaycan əməkdaşlığının 20 illiyi çərçivəsində Gəncə şəhərində keçiriləcək tədbirlər barəsində müzakirələr aparılıb.

Həmçinin tədbirdə iştirak edən tərəfdaş ölkələrin İnformasiya mərkəzlərinin nümayəndələri tərəfindən təmsil etdikləri təşkilatların fəaliyyətlərinə dair təqdimat materialları nümayiş etdirilib.

Tarix
2014.03.13 / 17:35
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla