Yuxarı

FHN-in əməkdaşları qəzaya uğradı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 17 radələrində Şəki ərazisində yol qəza hadisəsi qeydə alınıb. Hadisə zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məlumata görə, hadsə Şəki giriş yolunun 6-cı kilometrliyində, Şəkinin Çeşməli kəndi ərazisində qeydə alınıb. Belə ki, hadisə zamanı Şəki sakini Ağammədzadə Rövşən Fuad oğlu idarə etdiyi "55-BO-456" dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə şəhərdən çıxış istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobili yol kənarındakı çuxura aşırıb.

Nəticədə sürücü və onun sərnişini - Şəki sakini İsmayılov Samir Hüseyn oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alan şəxslər dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisə zamanı avtomobil tamamilə yararsız hala düşüb. Qəzanın ilkin olaraq idarəetmənin itirilməsi səbəbindən baş verdiyi ehtimal edilir.

Qeyd edək ki, hadisə zamanı xəsarət alan şəxslərin hər ikisi Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarıdır.

Faktla əlaqədar Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq (Kanal S).

Tarix
2014.03.13 / 19:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla