Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 İyun 2018


O, Azərbaycan gənclərini Berlinə toplayır - Foto/Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə mətbuatında yayılan xəbərə görə, "Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu" (ASAIF) 31 mart – 1 aprel-də Almaniyanın paytaxtı Berlin şəhərində "Yeni Yanaşmalar və Yeni İmkanlar" mövzusunda forum keçirməyi planlaşdırır. Forumun şüarı isə "Hər kəs Qarabağ üçün" olacaq.

"Yeni Müsavat" qəzeti ASAİF-in sədri Ramin Hakimov barədə olduqca ilginc məqalə və videosüjet yaymışdı. Həmin materialda bildirilmişdi ki, Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun Strateji Araşdırmalar Mərkəzi, 1news.az, ASAIF, İRƏLİ, eləcə də "Rahat" marketlər şəbəkəsini "işlətdiyi" haqqında iddialı xəbərlər var.

Daha sonar məqalədə deyilirdi: "ASAİF xaricdə təhsil alan tələbələrin birlik formatıdır. SAM-ın tərkibində yaradılan qurum hər il bir neçə xarici ölkədə Azərbaycanla bağlı tədbirlər keçirir. Qurumun büdcəsi haqqında fantastik rəqəmlər səsləndirilir. Deyilənlərə görə, ASAİF hər tədbirə təxminən 100-150 nəfər aparır. Bu şəxslərə yol, otel xərclərindən başqa gündəlik cib xərcliyi də ödənir. Bu məbləğin üzərinə tədbirlər üçün kirayələnən məkanların, tədbir sonrası bahalı restoranlarda ziyafətlərin də xərci də əlavə ediləndə söhbətin milyonlarla dollardan getdiyi aydın olur.

ASAİF Berlində Qarabağla bağlı tədbirə hazırlaşır. Bununla bağlı məlumat həm də qurumun rəhbəri Ramin Hakimovun Facebook səhifəsində var. Bu tədbirin Qarabağ problemi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılmasına nə qədər töhfə verəcəyini deyə bilmərik, ancaq toplantıda bir neçə saat dözüb oturacaq gənclərin Avropa paytaxtlarında bir neçə gün kef çəkəcəyi dəqiqdir.

Bir qədər də ASAİF rəhbəri Ramin Hakimovla bağlı. Sosial şəbəkələrə yaxşı bələd olanlar 2010-cu ildə onun youtube-da yayılan video-çarxını yaxşı xatırlayır. İngiltərə şou-proqramlarından birinə qatılan Ramin Hakimov Azərbaycanın neft gölməçələrinin fonunda ingiliscə mahnı oxuyur. Həmin vaxt auditoriyaya "Azərbaycanı tanıyırsınızmı" sualını verən aparıcı ölkəni "Eurovision" yarışması ilə yada salır. Aparıcının yadına "Eurovision" yarışmasının düşməsi Ramini geyimi ilə də bağlı ola bilər. Qırmızı şalvar, zərli köynək, bəyaz qanadlar...Əsl "Eurovision" havası. Bəlkə də Ramin Hakimov Britaniya kanalında keçmiş metro şefi Tağı Əhmədovun sevimli deyimi ilə desək, burcudaraq mahnı oxuyanda bu bəyaz qanadların onu hansı məqama uçuracağı ağlından belə keçirməyib. Ancaq fakt odur ki, bu gün Ramin Hakimov kimlərinsə əli ilə milyonlarla vəsait ayrılan bir qurumun rəhbəri kürsüsündə əyləşdirilib.

R.Hakimov bu yaxınlarda mediaya verdiyi açıqlamada bildirmişdi ki, yaxın zamanlarda ordu sıralarında xidmətə başlayacaq. Onun hansı vəzifəni yerinə yetirəcəyini deyə bilmərik. Amma ehtimal etmək olar ki, Berlin şousu əskəri xidmət ərəfəsində baş məşqdir. ("Qafqazinfo.az")

Tarix
2014.03.15 / 19:50
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Paşinyanın qorxusu reallaşır: Bakı B planına əl atır

Bakı hərbi gücünü meydana çıxarır, Nikol isə rus qırıcısına minir...

Bakı qərarını verdi: İrəvan nə qədər Moskvaya yalvarsa da...

Əgər bu gün ABŞ Ərdoğana bu jesti edərsə... - Şərh

Paşinyanın Kəlbəcər səfərinin sirri...

Ordumuzun atəşi altına düşən erməni postları - Video

Ordumuz bu ərazini də işğaldan azad etdi - Video

Azərbaycan dünyanı bu silahlarla heyrətə salacaq - Siyahı

Bakı ilə Tehran arasında memorandum imzalandı

Orduda növbəti komanda-qərargah təlimi keçirilir - Foto

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla