Yuxarı

Azərbaycanda Krıma dəstək aksiyası

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

17 mart, saat 15:00-da Rusiya səfirliyi önündə Ukraynanın ərazi bütövlüyünə və Krım türklərinə dəstək məqsədi ilə Vətəndaş Həmrəyliyi Partiyası və Dünya Azərbaycanlıları Konqresi piket keçiriləcək.

Vətəndaş Həmrəyliyi Partiyasının mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə martın 11-də xəbərdarlıq məktubu göndərilsə də, rəsmi cavab verilməyib.

VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib ki, martın 14-də BŞİH-in şöbə müdiri Zaur Ramazanovla iki dəfə telefon əlaqəsi saxlasa da, o, günün sonuna rəsmi cavab verəcəklərini bildirib: "Amma təəssüf ki, heç bir cavab verilmədi. Martın 15-də də gün ərzində zənglərimizə cavab verən olmadı".

Buna baxmayaraq, VHP rəsmisi aksiyanın qüvvədə olduğunu bildirib: "Ümid edirik ki, sabah saat 12-yə qədər BŞİH bizə cavab verəcək. Bundan sonra qərarımızı açıqlayacağıq".

Tarix
2014.03.16 / 23:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla