Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 İyun 2018


Ceyhun Osmanlı ilə bağlı araşdırma başlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Təhsilli Azərbaycanlı Məzunlar Birliyinin (AAA) İdarə Heyətinə Ceyhun Osmanlının istəyi ilə 2 nəfər şəxs seçilib.

Bu barədə "Axar.az"a özəl mənbələrdən məlumat daxil olub. Məlumatda bildirilir ki, C.Osmanlı bir müddət əvvəl hazırladığı planını iki gün əvvəl – martın 15-də AAA İdarə Heyətinə keçirilən seçkilərdə reallaşdırıb:

"Ceyhun Osmanlı daha çox xaricdə təhsil alan gənclərlə bağlı qurum və tədbirlərin layihə və maliyə proseslərində birbaşa iştirakda maraqlı olub. Hazırda əsas hədəflərindən birini gerçəkləşdirib. ABŞ Təhsilli Azərbaycanlı Məzunlar Birliyi olan AAA (AAA - The US-Educated Azerbaijani Alumni Association) İdarə Heyətinə öz çevrəsindən olan 2 nəfərin daxil edilməsinə nail olub. Bu planın həyata keçirilməsində "İrəli"nin yetirməsi Rauf Mərdiyev iştirak edib.

AAA İH seçkilərinə nəzarət etmək üçün Rauf Mərdiyev səsvermədə iştirak edib və səsvermə gedə-gedə Ceyhun Osmanlıya məlumat verib".

Məndə həmçinin Rauf Mərdiyevin Fətullah Gülən hərəkatına sadiq biri olduğunu iddia edir. 2015-ci il parlament seçkilərində millət vəkili olmaq niyyətini ortaya qoyan Mərdiyev isə Ceyhun Osmanlının kurasiyasındadır.

İH-dəki 2 nəfər kimdir?

Ceyhun Osmanlının təşkilatın idarə heyətində təmsilçiliyinə nail olduğu 2 adamdan birincisi Aynurə Piriyevadır. Aynurə xanım 2 il öncə AAA-nın sədri olub. Hazırda Paşa Holdinqdə PR mütəxəssisi kimi çalışan A.Piriyevanın yenidən AAA-nın İdarə Heyətinə qaytarılmasında strateji hədəflər var.

Təşkilatın İdarə Heyətinə seçilən ikinci şəxs "Golden Pay" şirkətinin təsisçisi və direktoru Fərid İsmayılzadədir. Fərid İsmayılzadənin də "xidmət hərəkatı"nda olduğu bildirilir.

AİSEC nədir?

Xaricdə təhsillə bağlı növbəti təşkilat olan AİSEC-in Azərbaycana gətirilməsi də birbaşa Fərid İsmayılzadənin adı ilə bağlıdır. Hazırda təşkilatın sədri formal olaraq xarici vətəndaşdır, Fərid İsmayılzadə isə təsisçi kimi öz statusunu və nüfuzunu saxlayır. İddia olunur ki, nur hərəkatının ABŞ-da geniş imkanlara sahib olması ABŞ təhsilli Azərbaycanlı gənclərin birləşdiyi bu təşkilatda da özünü göstərir.

Ümumiyyətlə, xaricdə təhsil alan Azərbaycan gənclərinin müxtəlif adlar altında bir yerə toplanması və layihələndirilməsi Ceyhun Osmanlının da daxil olduğu qrup tərəfindən idarə edilir. Təbii ki, burda iqtisadi maraqların olduğu mübahisələndirilən əsas məsələlərdəndir. Məlumatda qeyd olunur ki, bu məqama görə də hazırda qeyri-rəsmi araşdırmalar başlayıb…

Tarix
2014.03.17 / 16:11
Müəllif
Tural Qurbanlı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Qərbin Türkiyə planı: Ya Ərdoğan getməlidir, ya da...

Paşinyan İrana niyə gedir? – Tehrandan yeni xahiş...

Əbülfəz Elçibəy yaşasaydı... - Bu gün

Sən xərçəngə qalib gəlmək gücündəsən! - Millət vəkili

Gözlər Türkiyədə: Ərdoğanı “dəfn etməyə” tələsməyin – Şərh

Oğlunun xəstəliyi nazirimizin də ömrünü bitirdi - Həyat yolu

Bu aksiyalara çox böyük ehtiyac var - Millət vəkili

Azərbaycan naziri İsraildə qəflətən dünyasını dəyişdi

Buraxılış imtahanlarının nəticələri elan olundu

Ordumuzun diversiya keçirməsi ilə bağlı - Rəsmi açıqlama

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla